Redaktor
Elçin İbadov: “Petkim”in əldə etdiyi bütün gəlirlər yenidən Türkiyəyə investisiya edilib”
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksi fəaliyyətə başladığı 2008-ci ildən bəri Azərbaycana heç bir dividend ödənilməyib.
“Report”un məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə’’nin Baş direktoru Elçin İbadov bildirib.
Onun sözlərinə görə, “Petkim”in əldə etdiyi bütün gəlirlər yenidən Türkiyəyə investisiya olunub.
Bu gün “Petkim”in Türkiyədə yeganə inteqrə olunmuş neft-kimya istehsalçısı olduğuna diqqət çəkən E. İbadov bildirib ki, hazırda “Petkim” Türkiyədə neft-kimya məhsullarına olan tələbatın 12 %-ini qarşılayır: “Əvvəllər bunun nisbəti daha yüksək idi. Amma təbii ki, bazar və tələbat böyüdükcə, neft-kimya məhsullarının istehsalının həcmi artdıqca, bazar payımız 12 % təşkil edib".
Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir. “SOCAR Turkey Enerji” “Petkim”in nəzarət səhm paketinin (51 %) sahibidir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025