Redaktor
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
İlin əvvəlində “Access Bank” əmanət faizlərini kəskin azaltdıqdan sonra bankın əmanət portfeli 86,2 milyon manat azalıb və bir milyard manatdan aşağı enib.
Valyuta.az-ın məlumatına görə, bu ilin ilk rübündə bankın əmanət portfeli 8% azalaraq 965,4 milyon manata enib. Halbuki ötən ilin sonunda bu rəqəm 1 mlrd. 51,6 milyon manat təşkil etmişdi.
Bank real vəziyyəti dəyərləndirdikdən sonra yenidən depozit faizlərini artırmağa başlayıb. Amma görünən odur ki, bu arxadan atılan daş effekti verib. Və ya ən azı birinci rübün nəticələrinə müsbət təsir etməyib. Azalma həm fiziki, həm də hüquqi şəxslərin əmanət portfeli üzrə müşahidə edilib.
Əhali üç ayda 32,8 milyon manat, şirkətlər isə 53,4 milyon manat depoziti bankdan çəkib.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%).
Leyli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025