Redaktor
Dünyanın ən varlı insanlarının yaşadığı şəhərlər
Dünyada sərvəti 30 milyon ABŞ dollarından çox olan insanların əsasən hansı şəhərlərdə toplandığı məlum olub.
Valyuta.az xəbər verir ki, bu barədə Altrata adlı beynəlxalq sərvət araşdırma şirkətinin yeni hesabatında bildirilir.
Araşdırmaya əsasən, dünyadakı ultravarlı insanların 19 faizi cəmi 10 şəhərdə yaşayır. Siyahıya Nyu-York, Honkonq və Los-Anceles başçılıq edir.
ABŞ şəhərləri üstünlüyünü qoruyur
Altratanın məlumatına görə, Nyu-York 21 380 ultravarlı sakini ilə dünyanın birinci şəhəridir.
İkinci yerdə Honkonq (17 215 nəfər), üçüncü yerdə isə Los-Anceles qərarlaşıb. İlk onluqda həmçinin San-Fransisko, Çikaqo, Tokio, London, Dallas, Vaşinqton və Hyuston şəhərləri yer alıb.
Ümumilikdə dünyadakı ultravarlı insanların 38%-i ABŞ-da yaşayır.
Hesabata görə, 2025-ci ilin iyun ayına olan vəziyyətə əsasən, qlobal miqyasda 510 min 810 nəfər sərvəti 30 milyon dollardan çox olan şəxs qeydə alınıb.
Bu göstərici 2004-cü ildən bəri böyüklər əhalisinin artım tempini 7 dəfə üstələyib.
Yeni mərkəzlər Asiyada formalaşır
Hesabatda qeyd edilir ki, sürətli zənginləşmə tempi artıq ABŞ-dən kənara keçib.
2030-cu ilədək ən sürətlə artan ultravarli əhali Oslo (Norveç), Bengaluru (Hindistan) və Haydarabad (Hindistan) şəhərlərində müşahidə olunacaq.
Bu göstəriciyə görə ABŞ şəhərləri ilk onluğa düşməyib.
Ultravarlı şəxslərin xərcləri 290 milyard dolları ötüb
Altratanın araşdırması həmçinin göstərir ki, dünyanın ən varlı insanları ötən il 290 milyard dollardan çox vəsaiti lüks məhsullara xərcləyiblər.
Ən çox xərclənən istiqamət nəqliyyat və səyahət olub.
Hesabatda bildirilir ki, lüks brendlər son illərdə məhz bu auditoriyaya fokuslanaraq fərdi xidmət modelləri formalaşdırır.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
07.12.2025Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025