“Dünyada işdən çıxan insanların çoxunda rəhbərlərinin təsiri olur” – Təlimçi

Redaktor

04.06.2024 10:23
413

“Dünyada işdən çıxan insanların çoxunda rəhbərlərinin təsiri olur” – Təlimçi

Bir çox işçilər müxtəlif səbəblərdən öz fikirlərini rəhbərlərinə çatdıra bilmirlər. Ya öz fikirlərini bildirməyə çəkinir, ya da qəbul edilməz, narazılıq yaradar düşüncəsi ilə öz məsələlərini rəhbərliklə danışa bilmirlər. 

Bəs işçilər öz fikirlərini, problemlərini, ideyalarını rəhbərliyə necə bildirməlidir?

Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir deyir ki, işçilər rəhbərləri ilə deyil, daha çox rəhbərlər işçilər ilə əlaqə qurmağa, daima ünsiyyətdə olmağa çalışmalıdır:

“İşçi hansı tərzdə əlaqə qursa da, əgər onun rəhbəri yeniliklərə, innovasiyaya açıq deyilsə, işçinin fikirlərini dəyərləndirməyə açıq bir şəxs deyilsə, işçinin yaradacağı əlaqənin heç bir faydası olmayacaq. İşçinin fikirlərini rəhbərlərinə çatdıra bilməməsinin əsas səbəbi rəhbərlərin idarə tərzləridir. Yaxşı bir idarəçi olmaq üçün işçilərlə açıq şəkildə əlaqə saxlamaq məcburiyyətindəsiz. İşçilərin gördüküləri işlərlə əlaqəli geridönüşlər etmək və onları dəyərləndirmək, onların işlə və rəhbərliklə əlaqəli fikirlərini almaq işə çox faydalı olacaq”.

Təlimçi qeyd edir ki, bizim işçilər ilə performans dəyərləndirmə kimi bir prosedurumuz yoxdur:

“Biz işçini dəyərləndirməyi “yaxşı işçi”, “can yandıran işçi” kimi subyektiv fikirlərlə müəyyən etdiyimiz üçün işçilərlə qarşılıqlı söhbət edib daha əvvəl müəyyən edilmiş bir performans dəyərləndirmə etmirik. Buna görə də, öz fikirlərimizi sübutlarla rəqəmlərlə onlara çatdıra bilmədiyimiz kimi, onların da bizə fikirlərini çatdıra biləcəyi imkanı yarada bilmirik”. 

A.Kandemirin sözlərinə görə, bizim idarəçilərin bir çoxunun daha çoxunun öz mövqeyini qorumaq anlayışı olduğu üçün işçilərdən gələn yeni fikir və ideyaları riskli qəbul edə bilirlər:

“Buna görə də, işçinin fikirlərini görməzdən gələ bilirlər. Müxtəlif səbəblər göstərərək işçinin fikirlərinə etiraz edirlər. Bir müddət sonra da işçi fikirlərinə dəyər verilmədiyini, onun ortaya qoyduğu ideyaların diqqətə alınmadığını görən zaman da səssizləşməyə və performansının aşağı düşməsinə və yavaş-yavaş işdən uzaqlaşmasına səbəb olur. 

Dünyada aparılan sorğular göstərir ki, dünyada işdən çıxanların 46 faizi rəhbərlərinin təsiri olduğu ortaya çıxıb. Yəni, şirkət nə qədər yaxşı olsa da, nə qədər yaxşı imkanlar təklif etsə də, işçilər rəhbərlərlə yola gedə bilmirsə, işi tərk edir. Rəhbərlərin davranışları işçilərin işdən çıxmasına əsas səbəbdir. Bu da, onu göstərir ki, biz işçilərdən daha çox rəhbərlərin üzərində çalışmalıyıq”.

Əvəz Həsənov

“Dünyada işdən çıxan insanların çoxunda rəhbərlərinin təsiri olur” – Təlimçi

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Məzənnə

Yüklənir...