Redaktor
Donnatella Versaçenin "Versace" moda evini tərk etməsinin səbəbi məlum oldu
İtaliyalı məşhur modelyer Donnatella Versaçe bir neçə gün əvvəl "Versace" moda evindən ayrıldığını elan edib. O, təxminən 30 illik fəaliyyətindən sonra yaradıcı direktor vəzifəsini tərk edib. Lakin bu qərarın arxasında hansı səbəbin dayandığı artıq bəlli olub.
Valyuta.az xəbər verir ki, "Page Six" nəşrinin məlumatına görə, 69 yaşlı Donnatella ailə biznesindən öz istəyi ilə ayrılmayıb. İddialara əsasən, o, müəyyən şəxslər tərəfindən bu addımı atmağa məcbur edilib.
"Belə görünür ki, Donnatellanı "Versace"nin baş yaradıcı direktoru vəzifəsindən uzaqlaşdırmaq planlaşdırılmışdı. Bunun səbəbi onun şirkətin baş icraçı direktoru Con D. Aydo ilə mübahisəsi və satışların kəskin azalması olub. Donnatella "Versace" brendini cazibədar edən əsas fiqur idi. Lakin indi onu bütün problemlərin günahkarı kimi göstərməyə çalışırlar. Halbuki brendin daxilində olan hər kəs bilir ki, əsas problem zəif idarəetmədir", deyə mənbə bildirib.
Məlumata görə, "Capri Holdings" şirkəti 2018-ci ildə "Versace" moda evini satın alıb. Hazırda isə bu şirkət brendi məşhur "Prada" şirkətinə satmaq niyyətindədir. İddialara əsasən, Donnatella bu satışa qarşı çıxıb və bu da onun Con D. Aydo ilə münasibətlərinin pisləşməsinə səbəb olub.
Bundan əlavə, müqaviləyə əsasən, Donnatella Versaçe gələcəkdə yaradacağı hər hansı bir brenddə öz məşhur soyadından istifadə edə bilməyəcək. O, dizayner kimi də başqa moda evləri üçün geyim hazırlamayacaq.
"O, bu tərəfdaşlığa böyük ümidlərlə daxil olmuşdu və ən doğru hesab etdiyi addımları atırdı. Onun varis planı ilə bağlı problemi yox idi, lakin "Capri" rəhbərliyi onu bir şəxsiyyət kimi hörmətlə qarşılamırdı... O, ailəsini və irsini qorumaq istəyirdi, amma rəhbərlik bunu nəzərə almadı. Nəticədə, Donnatella indi elə bir vəziyyətdədir ki, artıq öz soyadından istifadə edə bilməz və moda dizaynı ilə məşğul olmayacaq", deyə mənbə əlavə edib.
"Versace" brendi 1978-ci ildə Milan şəhərində Donnatellanın qardaşı Canni Versaçe tərəfindən təsis edilib. Onun ölümündən sonra Donnatella moda evinin əsas simasına çevrilib. O, brendi daha da tanınan hala gətirib və onu dəbdəbənin və zərifliyin simvoluna çevirib. Xüsusilə, "Versace" brendi dəbdəbəli geyimlər hazırlayaraq dünya ulduzları – Cennifer Lopez, Holli Berri, Qvinet Peltrou və bir çox başqaları ilə əməkdaşlıq edib.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025