Redaktor
Büdcənin fərqi yoxdur, 4 prinsiplə marketinqdə nəticə əldə et
Bu gün şirkətlərin ən böyük çətinliklərindən biri az büdcə ilə maksimum nəticə əldə etməkdir. Xüsusilə kiçik və orta bizneslər üçün hər manatın geri dönüşü önəmlidir. Lakin sual budur: marketinq kampaniyasında sərf olunan büdcəyə görə maksimum nəticə əldə etmək üçün hansı metodlardan istifadə etmək olar?
Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirir ki, marketinq kampaniyasında büdcəni düzgün idarə etmək bir növ şahmat oyunudur: “Hər gediş strateji düşünülməlidir. Çünki məsələ təkcə pul xərcləməkdə deyil, xərclənən pulun brendə necə dəyər qatmasındadır. İlk növbədə, bazarın və müştərinin dəqiq tanınması lazımdır. Məncə, marketinq strategiyası qurarkən bu üç sualı mütləq vermək lazımdır: Nə satıram? Kimə satıram? Neçəyə satıram? Kimə, nəyi, hansı formada təqdim etdiyimizi dəqiq bilməsək, ən böyük büdcə belə ciddi nəticə verməyəcək. Müştərinin davranışlarını və ehtiyaclarını öyrənmək kampaniyanın uğurunda həlledici rol oynayır”.
Marketoloq deyir ki, önəmli ikinci istiqamət kanalların balanslı seçimidir: “Bəzən televiziya və açıq hava reklamı brend imicini formalaşdırmaq üçün daha güclü olur, bəzən isə rəqəmsal kanallar daha ölçülə bilən nəticə verir. Ən effektiv yanaşma isə bunların sintezidir – yəni auditoriyanı həm küçədə, həm də telefonda qarşılamaq”.
Üçüncü mühüm məqam isə yaradıcı yanaşmadır: “Böyük büdcələr olmadan da, sadə, amma ağılda qalan ideyalarla böyük rezonans yaratmaq mümkündür. Düzgün seçilmiş kreativ, çox zaman reklama xərclənən vəsaitin miqdarını deyil, təsir gücünü artırır”.
Samir Mehdiyev bildirir ki, hər bir kampaniya ölçülə bilən nəticələrlə müşayiət olunmalıdır: “Satış artımı, brend tanınması, müştəri məmnuniyyəti – bütün bunlar izlənilməli, zəif işləyən istiqamətlər dayandırılmalı və güclü tərəflərə əlavə büdcə ayrılmalıdır. Və nəhayət, ən vacib məqam uzunmüddətli brend kapitalıdır. Qısamüddətli satış kampaniyaları lazımdır, amma brendin reputasiyasını gücləndirmək, müştəri ilə emosional bağ qurmaq gələcəkdə daha az xərclə daha böyük nəticələr əldə etməyə imkan verir”.

“Marketinqdə uğur gətirən gizli resept yoxdur. Burada əsas məsələ balansı düzgün qorumaqdır – bazarı yaxşı tanımaq, kanalları ağıllı seçmək, yaradıcı ideyaları önə çıxarmaq və nəticələri davamlı ölçmək. Əgər bu dörd prinsipə əməl olunarsa, büdcənin böyüklüyündən asılı olmayaraq, hər bir kampaniya real nəticə və brend üçün uzunmüddətli dəyər gətirə bilər” - deyə marketoloq qeyd edir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBrendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025