Redaktor
Bu universitetlər tələbələrə əlavə təqaüd verir - ADLARI
Təhsilin keyfiyyətinin yüksəldilməsi və istedadlı gənclərin dəstəklənməsinə kömək etmək üçün Azərbaycanın ali təhsil mərkəzləri arasında daxili təqaüd proqramlarının tətbiqi geniş vüsət əldə edilir.
Valyuta.az xəbər verir ki, Modern.az növbəti tədris ilində tələbələr üçün daxili təqaüd nəzərdə tutan universitetləri öyrənmək üçün onlar arasında sorğu keçirib.
Bakı Dövlət Universitetinə (BDU) 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.
Bundan əlavə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU tələbələri üçün İnsan
Hüquqları üzrə Müvəkkilin (Ombudsman) xüsusi təqaüdü təsis edilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari tədris ilində yüksək akademik göstəricilərlə fərqlənmiş “Hüquqşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə təhsil alan iki tələbəyə (hər ixtisas üzrə bir nəfər olmaqla) Ombudsman tərəfindən xüsusi təqaüdün ayrılması nəzərdə tutulur.
Azərbaycan Dövlət İqtisad Universiteti 2018-ci ildən 600 və daha çox bal toplayaraq bu universitetə qəbul olan tələbələrə bir semestr ərzində 100 manat xüsusi təqaüd verilir. Bu təqaüd UNEC-i seçən respublika və beynəlxalq fənn olimpiadalarının qaliblərinə də şamil olunur. Həmçinin UNEC tələbələrinə TOP 15 əlaçı təqaüdü də verilir. Bu təqaüd semestrdə hər kurs üzrə ən yüksək bal toplayan 15 tələbəyə verilir. Ümumilikdə hər semestr 60 tələbə UNEC-in Əlaçı təqaüdünü - 175 manat təqaüd qazana bilir.
Bakı Slavyan Universiteti 2025/2026-cı tədris ili üzrə Regionlardan qəbul olan qızlar üçün təqaüd proqramını təsdiq edib. Daxili təqaüd proqramı aylıq 200 AZN olmaqla, həmin bölgələrdən müəllimlik ixtisasına qəbul olan və 450 baldan yuxarı toplayan 5 qız tələbə üçün nəzərdə tutulub. Eyni zamanda İbtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd veriləcək. Təqaüd ayda 200 AZN olmaqla, universitetimizə qeyd olunan ixtisalara qəbul olan və 450 baldan yuxarı bal toplayan oğlan tələbələr üçün nəzərdə tutulub.
Azərbaycan Dövlət Pedoqoji Universitetində 14 daxili təqaüd mövcuddur. Bunlardan birincisi Heydər Əliyev adına təqaüddür. Bu da universitet üzrə semestri ən yaxşı nəticələrlə başa vuran şəxsə növbəti semestr ərzində verilir və 250 manat məbləğindədir. Universitetə ən yüksək bal ilə qəbul olunan tələbəyə növbəti 1 il ərzində Firudin Bəy Köçərli adına təqaüd verilir ki, onun da məbləği 125 manatdır. Bundan əlavə ixtisas və fakültələr üzrə 12 adlı təqaüd təsis edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025