Redaktor
Bu qurum 113 min manata içməli su alır - TENDER
Bakının Buzovna qəsəbəsində yerləşən “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqəsinin qalibi “Treniks Grup” MMC olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Treniks Grup” MMC “Sanator-Kurort Reabilitasiya Mərkəzi”nə 113 min 800 manat 50 qəpik dəyərində 23 min 958 ton su satacaq. Rəqəmlərdən də göründüyü kimi 1 kub metr içməli su üçün 4 manat 56 qəpik (1 ton su = 1,0416 kub metr) ödəniləcək.
Qeyd edək ki, bu qiymətlər “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (1 kub metr/0,70 manat) müqayisədə 6,5 dəfə çoxdur.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Treniks Grup” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda “Treniks Grup” MMC-nin cəmi 4 ay əvvəl - 07.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə 5 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə, ev 154, m.25-də yerləşən şirkətin qanuni təmsilçisi Rəhimov Yaqub Firudin oğludur. //Yeniavaz
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025