Bu gün Beynəlxalq Novruz günüdür

Redaktor

21.03.2025 12:15
189

Bu gün Beynəlxalq Novruz günüdür

Martın 21-i Beynəlxalq Novruz Günüdür. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

Valyuta.Az xəbər verir ki, “Yeni gün” mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram üç min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

Novruzun qədim xalq bayramı olması haqqında miflərdən tutmuş tarixi və ədəbi mənbələrədək müxtəlif məlumatlara rast gəlinir. Zərdüştilik dövründə qeyd edilən bayramların ən maraqlısı Novruz olub. Bu qədim bayramla bağlı məlumatlara Nizamülmülkün “Siyasətnamə”sində də rast gəlirik. Ömər Xəyyam (1048-1131) “Novruznamə” əsərində astronomik tədqiqatlara əsasən elmi surətdə göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də ilin dəyişməsi deməkdir.

XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq ölkələrinə səyahəti zamanı Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olub. Vətənə qayıtdıqdan sonra “Səyahətnamə” adlı kitab yazıb. Maraqlıdır ki, onun səfərlərindən biri mart ayına düşdüyündən o, Azərbaycanda qeyd edilən Novruz bayramının şahidi olub. Həmin bayramla bağlı “Səyahətnamə”də yazırdı ki, Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur. Bu bayramların üçü təntənəli surətdə qeyd edilir: Ramazan, Qurban və Yaz bayramı. Yaz bayramı, əslində, Yeni il deməkdir. Həmin gün gecə ilə gündüz bərabərləşir. Səyyahı heyrətə gətirən yumurtaların qızıl suyuna boyanması və insanların bir-birinə nadir tapılan, həm də bahalı əşyalardan – qızıldan, gümüşdən, parçadan, ətriyyatdan, qaş-daşdan hədiyyə verməsi olub. Bu cür bayramlaşmanın əkinçidən şaha qədər davam etməsi avropalı səyyahı daha çox heyrətləndirib. Xüsusilə də İrəvan bəylərbəyliyində keçirilən Novruz bayramı Jan Şardeni valeh edib. Onu təəccübləndirən amillərdən biri də insanların bayramın birinci günü Allaha dua etmələri olub. Səyyah yazırdı: “Onlar sübh çağı bütün bədənlərini su ilə yuyurlar. Sonra tərtəmiz paltar geyinirlər, xoş sözlər danışırlar, bir-birləri ilə mehribançılıq edirlər. Bu ovqat onlarda Yeni ilin xoş keçəcəyinə, xoşbəxtlik gətirəcəyinə inam yaradır”.

Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi “Quyruq doğdu, çillə çıxdı” adlı məqaləsində yazırdı: “Təəccüblüdür ki, bizim heç bir yerdə oxumamış kəndli nə filan ayın neçəsi olduğunu, hətta ayların adlarını belə bilməyib. Amma onunla belə, təsbehini alaraq Novruzdan tutub hesab çəkib ki, quyruq doğmağa neçə gün qalıb və filan gün çillə çıxacaqdır. Bundan belə məlum olur ki, bu hesab çox doğru və asan hesabdır və bunun belə olmağına səbəb hesabın Novruzdan çəkilməyidir. Novruz ki o vaxt gün - bahar nöqtəsindən keçir, heç vaxt dəyişmir”.

Orta əsrlərdə Azərbaycanda münəccimlər Günəşin hərəkətini izləyər, bu barədə əhaliyə məlumat verərdilər. 1637-ci ildə alman səyyahı Adam Oleari Şamaxıda azərbaycanlıların Yeni il mərasimini - Novruzu necə qarşılamalarının şahidi olub və bu barədə yazıb: “Astroloq tez-tez stolun arxasında durur, xüsusi alətlər vasitəsilə Günəşi müşahidə edir, Günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. Elə ki, gözlənilən məqam çatdı, astroloqun xəbəri ilə əlaqədar şəhərdə yaylım atəşləri açıldı. Şamaxı şəhərinin Qala divarları boyunca təbillər döyüldü, xalq şənliyə başladı”.

Bu faktlar bir daha göstərir ki, Novruz kor-koranə qəbul edilməyib. Onun kökündə elmi əsaslar dayanıb. Yeni ilin məhz martın 21-də başlanması tam elmi təsdiqini tapıb. Novruz xalqımızın məişəti, adət-ənənəsi, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır. Novruz nəsildən-nəslə, əsrdən-əsrə keçərək milli bayram və xalq mərasimi kimi yaşamaqdadır.

© AZƏRTAC

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

12.03.2026

5 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib

12.03.2026

Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR

12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

12.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

12.03.2026

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

12.03.2026

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq

12.03.2026

Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər

12.03.2026

"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb

12.03.2026

"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır

12.03.2026

Məzənnə

Yüklənir...