Redaktor
Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur
"Əmək və məşğulluq" altsisteminə (ƏMAS) məhkumluq haqqında arayışın əldə olunması ilə bağlı yeni funksionallıq əlavə edilib.
Bu barədə Valyuta.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, işçi məhkumluq haqqında arayış əldə etmək üçün "mygov" portalına və ya mobil tətbiqinə giriş edərək "Xidmətlər" bölməsindən "Məhkumluq haqqında arayış" seçimini edə bilər. Daha sonra "İşə qəbul üçün" və ya "digər" bölmələrindən birini seçməklə arayışın hansı məqsədlə tələb olunduğunu qeyd edə bilər.
"İşə qəbul üçün" seçimi edildiyi təqdirdə işçi qurumun adını və ya VÖEN-i daxil etməklə arayışı göndərmək istədiyi qurumu müəyyən edir və müvafiq arayış həmin qurumun ƏMAS altsisteminə rəqəmsal qaydada ötürülür.
İşəgötürənlər isə ƏMAS-ın "Təqdim olunan arayışlar" bölməsinə daxil olmaqla işçilərin məhkumluq haqqında arayışlarını elektron qaydada əldə edə bilərlər.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə yaradılmış bu funksionallığın əsas məqsədi işçilərin vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun təmin edilməsidir" , - məlumatda qeyd olunub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025