Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

Redaktor

09.12.2025 16:17
67

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Prezidenti Peter Pelleqrininin adından dekabrın 8-də rəsmi ziyafət verilib.

Valyuta.az xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezident Peter Pelleqrininin çıxışı

- Cənab Prezident, əziz İlham.

Hökumət nümayəndələri, xanımlar və cənablar, əziz dostlar.

Cənab Prezident, bu gün Sizi mötəbər nümayəndə heyətinizlə birlikdə Bratislava qəsrində salamlamaq mənim üçün böyük şərəfdir.

Mənim Sizin ölkənizə bir neçə dəfə səfər etmək imkanım olub. Həmişə doğma ölkəmizə ölkəniz haqqında güclü təəssüratlarla qayıtmışam. Ölkəniz minillikər boyu özündə müdriklik, cəsarət və gözəlliyi əks etdirib. O, alov rəmzini təcəssüm etdirir. Bu, təkcə Abşeronun əbədi yanan alovu deyil. Bu, mehribanlıq, qətiyyət, mətanət və fəxarət alovudur. Sizin zəngin tarixiniz musiqidə yazılıb, lakin onu həm də Qobustan qayalarında görmək olar. Ötən il bu möhtəşəm yeri ziyarət etmək mənə nəsib oldu. Siz, cənab Prezident, ölkənizin gələcəyini ambisiya, innovasiya və inamla qurursunuz. Bratislavaya geri dönərkən mən də sizə yaxın olduğumuzu hiss etdim.

Coğrafi məsafənin bizi ayırdığına baxmayaraq, ilk baxışdan iki ölkə bir-birinə göründüyündən daha yaxındır. Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşuğunda yerləşmiş və bir-birindən uzaqda olan ölkələri tarixi ticarət yolları ilə birləşdirmişdir. Xalqınız digər millətlərə hörmət bəsləmək və dialoq qurmaq xüsusiyyəti ilə seçilir.

Slovakiya hazırda BMT və NATO-da dərin köklər salaraq tarixən güclər arasında toqquşmaların, rəqabətin şahidi olmuşdur və indi Avropanı Şərqlə birləşdirən regionda bir hab rolunu oynayır. Bütün hallarda biz dialoqun, diplomatiyanın, sülhün və beynəlxalq hüquqa hörmətin tərəfdarıyıq. Biz səmimi, açıqqəlbli, qonaqpərvər və ənənələri sevən bir xalqıq. Biz dostluğa, mehribanlığa və digər humanist keyfiyyətlərə hörmət göstərməyə sadiqik.

Ola bilsin məhz buna görə və həm də şəxsi təmaslarımız vasitəsilə illər boyunca qurduğumuz Slovakiya-Azərbaycan tərəfdaşlığı təbii bir tərəfdaşlıq kimi görünür və istənilən ab-havada daimi xarakter daşıyır. Biz həmişə sizin ərazi bütövlüyünüzə və münaqişənin davamlı, sülh yolu ilə həllinə dəstək göstərmişik. Avqustda imzalanmış razılaşma "sülhə nail olmaq mümkündür" kimi güclü mesaj verən böyük bir nailiyyətdir. Bu da dünyanın digər yerlərində bizlər üçün bir ilham mənbəyi olmalıdır. Enerji təchizatımız təhlükə altında olduqda biz Sizə müraciət edə bilərik.

Ötən il Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıqda biz münasibətlərimizə yeni enerji ilə təkan verdik. Sizin Bratislavaya ilk rəsmi səfəriniz bu münasibətlərin gücünü əks etdirir. Bu gün apardığımız müzakirələrin nəticələri onu göstərir ki, biz münasibətlərə diqqət yetirsək və onları daha da inkişaf etdirsək bunun bəhrəsini görərik. Biz bunu xüsusilə enerji, iqtisadiyyat və müdafiə sektorlarında görürük. Mübaliğəsiz deyə bilərəm ki, biz münasibətlərimizin yeni fəslinə qədəm qoyuruq. Biz bu sektorlarda əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar görürük və onlardan kənarda üzümüzə yeni fürsətlər açılır.

Ümidvaram ki, yeni imkanlar və əlaqələr, yeni iqtisadi imkanlar kəşf edə və turizm, mədəniyyət, yaxud idman sahəsində əməkdaşlıq vasitəsilə xalqlarımız arasında əlaqələr yarada bilərik.

Cənab Prezident, xanımlar və cənablar, biz etimad üzərində güclü, qarşılıqlı tərəfdaşlıq qurmuşuq.

Sağ olun.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi

09.12.2025

Ünvanlı sosial yardımın məbləği artırılacaq

09.12.2025

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

Məzənnə

Yüklənir...