Bonus kartları alış-verişə necə təsir edir? - Marketinq strategiyası

Redaktor

06.05.2025 16:32
384

Bonus kartları alış-verişə necə təsir edir? - Marketinq strategiyası

Müxtəlif alış-veriş məkanlarına daxil olduqda kassirin “bonus kartınız var?” sualı ilə tez-tez qarşılaşırıq. Bəli, müasir ticarət dünyasında müştəri loyallığını qorumaq və alış-verişi stimullaşdırmaq üçün ən çox istifadə olunan vasitələrdən biri bonus kartlarıdır. Adətən sadə bir plastik kart və ya rəqəmsal tətbiq formasında təqdim olunan bu sistemlər, sadəcə maddi fayda və endirimlər təklif etmir – onlar insan davranışlarını yönləndirən psixoloji strategiyalarla işləyir. Bonus kartları insan psixologiyasına necə təsir edir? 

Valyuta.az bonus kartlarının insan psixologiyasına təsirini təqdim edir:

1. Sahiblik hissi və bağlılıq

İnsanlar sahibləndikləri əşyalara daha çox dəyər verir. Bonus kartı müştəriyə sadəcə endirim vəd etmir, onu markanın “üzvü” kimi hiss etdirir. Bu isə emosional bağlılıq yaradır və alternativ brendlərə marağı azaldır.

2. Davam etdirici güc – yarımçıq işin psixologiyası

Çox zaman bonus sistemləri “10 alış-veriş et, 11-ci pulsuz” kimi işləyir. Psixoloji olaraq insan başladığı işi tamamlayana qədər narahatlıq hiss edir. Beləliklə, müştəri təkrar alış-veriş üçün özünü “məcbur” hiss edir.

3. Mükafat gözləməsi və dopamin effekti

Hər dəfə kartla alış-veriş etdikdə, gələcəkdə əldə ediləcək bonus və ya endirimi düşünmək insan beynində dopamin ifrazına səbəb olur. Bu, alış-verişi emosional baxımdan mükafatlandırıcı hala gətirir və vərdişə çevirir.

4. Fərdiləşdirilmiş təkliflərin cazibəsi

Bonus kartları sayəsində mağazalar müştərinin satınalma davranışlarını izləyə bilir. Bu məlumatlar əsasında fərdi kampaniyalar təqdim olunduqda, alıcı özünü xüsusi və qiymətli hiss edir. Bu isə daha sadiq müştəri davranışı yaradır.

5. Endirim illuziyası və alış-verişin rasionallığı

Bonus xalı və ya endirim, bəzən real fayda verməsə belə, müştəriyə qənaət etdiyini düşündürür. Bu illüziya alıcının qərar vermə prosesini manipulyasiya edir və alışları artırır.

Bonus kartları müasir marketinqin ən incə və effektiv vasitələrindən biridir. Onların uğur sirri təkcə maddi faydada deyil, insan psixologiyasının dərinliklərinə toxuna bilmək qabiliyyətindədir. Alıcını aldatmadan, lakin ona mükafat hissi yaşadaraq alış-veriş davranışını yönəltmək – bu, marketinqin psixoloji gücünü nümayiş etdirən bir nümunədir. Bugünkü rəqabətli bazarda brendlər artıq daha çox bonus təqdim etməkdən çox, onu necə daha ağıllı tətbiq etmək üzərində düşünürlər.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

"PAŞA Sığorta”ya yeni təyinat olub

09.12.2025

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

09.12.2025

Məzənnə

Yüklənir...