Redaktor
Biznesdə təhlükə zamanı "başını quma soxmaq" - Dəvəquşu effekti nədir? - SƏHƏR OXUSU
Dəvəquşu effekti (ingiliscə "ostrich effect") insanların mənfi və narahatlıq doğuran məlumatlardan qaçmaq, onları görməzdən gəlmək meylini ifadə edir.
Valyuta.az xəbər verir ki, bu termin ilk dəfə Dan Galai və Orly Sade tərəfindən maliyyə sahəsində işlədilmiş və daha sonra biznesin müxtəlif sahələrində qərarvermə davranışlarını izah edən mühüm psixoloji modelə çevrilib.
Biznes mühitində dəvəquşu effekti xüsusilə investorlar və rəhbərlik səviyyəsində mühüm qərarların verilməsi zamanı özünü göstərir. Tədqiqatlar sübut edir ki, investorlar bazarda eniş olduğu dövrlərdə investisiya portfellərinə daha az diqqət yetirirlər, amma bazar yüksəldikdə portfeli daha tez-tez izləyirlər. Bu, qərarvermədə obyektivlik əvəzinə psixoloji rahatlığı ön plana çıxarır və uzunmüddətli risklərin vaxtında görünməməsinə səbəb olur.
Şirkət rəhbərləri və menecerlər mənfi məlumatları ya gizlədir, ya da onlara baxmamaqla problemlərin varlığını qəbul etmirlər. Bu davranış növü “başını quma soxmaq” metaforası ilə izah olunur. Belə yanaşma strateji planlama və komanda idarəçiliyi baxımından ciddi zərərlərə gətirib çıxara bilər. Məsələn, satışların aşağı düşməsi, müştəri narazılığı və ya işçi itkiləri kimi göstəricilər gözardı edildikdə şirkət çətinliklərə gec reaksiya verir.
"McKinsey" tərəfindən yayımlanan analizlərə əsasən, dəvəquşu effekti olan idarəçilər problemləri açıq şəkildə müzakirə etmədikləri üçün effektiv qərarvermə mexanizmlərindən uzaqlaşırlar. Bu, yalnız daxili idarəetmədə deyil, həm də bazar münasibətlərində ciddi itkilərə səbəb olur. Müştəri rəylərinə və şikayətlərə cavab verilməməsi, bazardakı rəqiblərin daha çevik qərarlar verməsinə və pay almağına imkan yaradır.
Effektə qarşı istifadə olunan ən effektiv üsullardan biri məlumatların avtomatlaşdırılmış şəkildə mütəmadi yoxlanmasıdır. Məsələn, satış, maliyyə və müştəri xidmətləri sahələrində əsas göstəricilərin real vaxtda monitorinqi menecerlərə obyektiv qərar verməyə yardımçı olur. Eyni zamanda, rəhbərlik səviyyəsində aparılan iclasların strukturlaşdırılması və gündəliklərin yazılması da bu effektin qarşısını alan üsullar sırasındadır.
Dəvəquşu effekti biznesdə həm qərarvermə, həm də idarəetmə baxımından ciddi risklər yaradır. Mənfi siqnalları görməməzlikdən gəlmək, gecikmiş reaksiyalara və strateji yanlışlıqlara səbəb ola bilər. Bu səbəbdən də şirkətlər bu effektə qarşı xüsusi monitorinq sistemləri qurmalı, obyektiv təhlil prosesləri inkişaf etdirməli və şəffaf kommunikasiya mədəniyyətini gücləndirməlidirlər.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025