Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb <span style="color:#ff0000">&reg;</span>

Redaktor

11.04.2025 18:11
232

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank  hazırlıqlı, bilikli mütəxəssislərin əmək bazarına qazandırılmasına da töhfə verir. Bu istiqamətdə dəstək göstərilən layihələrdən biri də Azərbaycan Biznes Keys yarışmasıdır. Gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaları üçün real təcrübə qazandıran layihənin final mərhələsi yekunlaşdı. Layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi tərəfindən, Birbank-ın da dəstəyi ilə həyata keçirilib.

Layihənin final mərhələsi ADA Universitetində baş tutub. Tədbirin açılışında İctimai birliyin İdarə Heyətinin sədri Nəzrin Quliyeva çıxış edərək layihənin məqsədi və gənclərə təqdim etdiyi imkanlar barədə məlumat verib. Kapital Bank-ın direktor müavini Şakir Məmmədyarov isə öz çıxışında bankın gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş fəaliyyətindən danışıb. “Bu yarışma tələbələrə nəzəri biliklərini praktikaya çevirmək fürsəti verir. 

Universitetdə öyrənilən iqtisadi modellər, idarəetmə strategiyaları və analiz metodları burada canlı şəkildə tətbiq olunur. Tələbələr artıq təkcə nəzəriyyə ilə kifayətlənmir, real biznes problemləri üzərində düşünür, qərar verir və bu qərarların nəticələrini analiz edirlər. Eyni zamanda bu yarışma tələbələrin özünü ifadə bacarığını, təqdimat qabiliyyətini inkişaf etdirir. Biz isə ölkənin ən böyük işəgötürən şirkətlərindən biri olaraq peşəkar, bacarıqlı və hazırlıqlı gənclərin iş dünyasına qatılmasının tərəfindəyik. Elə buna görə də bu kimi layihələrə dəstək olur, gənclərin yanında yer alırıq”. 

Daha sonra final mərhəsinə vəsiqə qazanmış dörd komanda təqdim olunan tapşırıqlar üzərində hazırladıqları biznes həllərini münsiflər heyətinə və tədbir iştirakçılarına təqdim edib. Komandalar real biznes problemlərinə analitik və strateji yanaşma göstərərək innovativ  təklifləri ilə seçiliblər. 

Münsiflərin qiymətləndirməsinin ardından yarışmanın qalibləri bəlli olub. 3-cü yerə və 2000 AZN pul mükafatına Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən “Team 14” sahib olub. Universitetin daha bir təmsilçisi “Team 20” isə yarışmanın 2-cisi adına və 4000 AZN pul mükafatına sahib olub. Gərgin mübarizənin qalibi adını və 8000 AZN pul mükafatını isə ADA Universitetinin “Team 16” komandası qazanıb.  

Qeyd edək ki, yarışmaya bu ilin yanvar ayında start verilib. Ümumilikdə 91 komanda iştirak üçün müraciət edib, onlardan 26 komanda ilkin mərhələləri keçərək Biznes Akademiyası və ABCC sessiyalarına qatılıb. Yarımfinala vəsiqə qazanan 16 komanda arasından yalnız 4 komanda final mərhələsinə yüksəlib.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10

08.12.2025

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

08.12.2025

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Məzənnə

Yüklənir...