AMB sədri görüşdə ekspertlərlə nəyi müzakirə edib?

Redaktor

24.07.2025 14:50
125

AMB sədri görüşdə ekspertlərlə nəyi müzakirə edib?

Ötən gün Mərkəzi Bankda iqtisadçı ekspertlərlə növbəti görüş keçirilib. İl ərzində baş tutan ikinci görüşdə 13 iqtisadçı iştirak edib və onların hər birinin sualları Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən cavablandırıb.

Valyuta.az-ın məlumatına görə, görüşdə iştirak edən iqtisadçı-ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib ki, suallar müxtəlif mövzuları əhatə edib. Müzakirələrdə əsasən Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı qərarları və yaxın günlərdə elan olunmuş “hedcinq” mexanizmi barədə fikirlər səsləndirilib.

O qeyd edib ki, hedcinq mexanizmi xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin valyuta riskinin idarə olunması baxımından əhəmiyyətlidir. Ekspertin sözlərinə görə, bu barədə məlumat artıq qurumun saytında yerləşdirilib:

“Digər mühüm mövzular arasında valyuta və qiymətli kağızlar bazarındakı proseslər, bank sektorundakı vəziyyət, kiberdələduzluq halları, post-neft dövründə iqtisadiyyatın dayanıqlığı və Mərkəzi Bankın bu dövrə uyğunlaşma siyasəti, depozit-kredit faizləri və real sektorla maliyyə sektoru arasındakı əlaqələr yer aldı”.

O qeyd edib ki, devalvasiya məsələsi barədə konkret tarix və ya ehtimal səsləndirilməsə də, müzakirələrin ümumi məzmunu belə qənaət formalaşdırır ki, neftin qiyməti 60-70 dollar intervalında sabit qalarsa, yaxın 1-2 ildə Mərkəzi Bank məzənnə siyasətində dəyişiklik etməyi planlaşdırmır:

“Hazırda mövcud olan, dollara indekslənmiş məzənnə rejimi davam etdiriləcək və bu, mövcud iqtisadi model üçün ən uyğun yol hesab olunur. Ümumilikdə, devalvasiya riski görünmür. Əksinə, həm bu balansının müsbət olması, həm də son 6 ayda valyuta satışlarının alışdan çox olması Mərkəzi Bank üçün valyuta bazarında əlverişli şərait yaradıb”.

İqtisadçı eyni zamanda vurğulayıb ki, bəzi banklar üzərindən edilən ödənişlər və onların texniki imkanları da müzakirə olunub. Mərkəzi Bank qeyd edib ki, bu sahədə test rejimində işlər aparılır və tam istifadəyə verilməzdən əvvəl ani ödəniş sistemi ilə bağlı texniki sınaqlar davam edir.

“Əhəmiyyətli məqamlardan biri də əməkhaqqı ödənişləri sisteminin dəyişdirilməsi ilə bağlıdır. Bu sistem ilkin olaraq dövlətdən əmək haqqı və ya pensiya alan şəxsləri əhatə edəcək. Vətəndaşlar istədikləri bankı seçə biləcək və maaşları həmin banka yönləndiriləcək. Özəl sektorda isə bu seçim işəgötürənin qərarına bağlı olacaq. Mərkəzi Bank bu sahədə müdaxilə etməyəcək. Amma dövlət sektorunda işləyənlər üçün bu hüquq tam  təmin ediləcək”.

Xalid Kərimli onu da əlavə edib ki, banklara oktyabrın 31-dək vaxt verilib, onlar bu sistemə uyğunlaşsınlar. Qeyd edilən tarixdən sonra sistemə tam hazır olan banklar vətəndaşlar üçün seçim imkanları yaradacaq.

Görüşdə iştirak edən digər iqtisadçı-ekspert Əkrəm Həsənov isə qeyd edib ki, bir sıra məsələlər, o cümlədən milli valyutanın məzənnəsi ilə bağlı mövzular müzakirə olunub.

O bildirib ki, görüş belə bir sual qoyuldu: Azərbaycan manatı üzən məzənnə rejiminə keçməlidir, yoxsa indiki sabit məzənnə rejimi davam etməlidir?

“Mərkəzi Bankın sədrinin fikrincə, və ekspertlərin əksəriyyətinin, o cümlədən mənim də razılaşdığım mövqeyə görə, bu gün Azərbaycanın üzən məzənnə rejiminə keçməsi əlverişli deyil. Hazırkı sabit məzənnə rejimi ölkə üçün daha sərfəlidir. Ölkədəki makroiqtisadi vəziyyət və valyuta ehtiyatlarımızın səviyyəsi manat üçün hər hansı bir təhlükənin olmadığını deməyə əsas verir. Buna görə də narahatlığa əsas yoxdur”.

İqtisadçı ekspert əlavə edib ki, digər müzakirə olunan məsələlərdən biri vətəndaşların bank kartlarından oğurlanan pullarla bağlı idi:

“Görüş çərçivəsində bildirildi ki, Mərkəzi Bank, banklar, Daxili İşlər Nazirliyi və hətta Avropa ölkələrində də bu cür hallar müşahidə olunur. Bizdə də artıq bu cür halların qarşısını almaq üçün tədbirlər görülür və bu istiqamətdə müsbət nəticələr var. Mən razıyam ki, burada əsas məsuliyyət çox vaxt vətəndaşların üzərinə düşür, çünki kart məlumatlarını bilmədən də olsa başqalarına ötürürlər”.

Ə.Həsənov vurğulayıb ki, müzakirə olunan digər məsələlərdən biri də maaş və pensiya kartları ilə bağlı idi. Onun sözlərinə görə, pensiya kartları məsələsi bu il üçün aktuallıq daşımır və orada vəziyyət sabitdir. Hazırda əsas diqqət dövlət qurumlarından əmək haqqı alan şəxslərin kartlarına yönəlib:

“Bildiyimiz kimi, bu əmək haqları ölkənin iki ən böyük bankında cəmlənib. Adlar çəkilməsə də, hər kəsə məlumdur ki, burada söhbət müəyyən təmərküzləşmədən gedir. Mərkəzi Bankın məqsədi bu təmərküzləşmənin qarşısını almaqdır. Bu səbəbdən bu il ərzində yeni bir sistem tətbiq olunacaq”.

O eyni zamanda bildirib ki, Mərkəzi Bank hazırda bu istiqamətdə işləyir ki, ani ödəniş sistemi çərçivəsində hər bir dövlət qurumunda çalışan vətəndaş maaşının istədiyi banka köçürülməsini seçə bilsin:

“Yəni vətəndaş özü müəyyən edəcək ki, əmək haqqısı hansı banka daxil olsun. Bu sistem hazırlandıqdan sonra bütün bankların bu prosesdə iştirak etməsi təmin olunacaq”.

Sonda Ə.Həsənov onu da qeyd edib ki, növbəti illərdə, gələcəkdə pensiya kartları ilə bağlı məsələlər gündəmə gələcək.

“Pensiyaçılar da öz pensiyalarının hansı banka köçürüləcəyini seçmək imkanına malik olacaqlar. Amma bir daha qeyd edim ki, bu məsələ gələcək mərhələyə aiddir”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10

08.12.2025

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

08.12.2025

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Məzənnə

Yüklənir...