Bakının ən bahalı və ucuz çimərlikləri - Qiymətə nə daxildir?

Redaktor

10.07.2024 17:55
2,433

Bakının ən bahalı və ucuz çimərlikləri - Qiymətə nə daxildir?

Dəniz mövsümü artıq başlayıb. Xarici səfərlərə gedə bilməyənlər istirahət üçün Bakıda, Xəzərin sahilində yerləşən müxtəlif çimərliklərə üz tuturlar. 

Xəzərin sahilində pulsuz çimərliklər fəaliyyət göstərsə də, bəzi çimərliklər ödənişlidir. Lakin bu il ötən ilə nisbətən Bakının pullu çimərliklərində qiymət artımı da müşahidə olunur. 

Valyuta.az həmin çimərliklərdən bir neçəsinin qiymətini təqdim edir:

Sea Breeze-in ərazisində həm sakinlər, həm də Xəzər sahilinin bütün qonaqları üçün müxtəlif çimərlik kompleksləri mövcuddur. 

Beach Club-a giriş haqqı 50 AZN-dir. 10 yaşa qədər uşaqlar pulsuz, 10-16 yaş arası - 20 AZN. Bu qiymətə çimərliyə giriş, üç hovuz və paltardəyişmə otaqları, dəsmal və şezlonqlar daxildir. Çimərlikdə rahat istirahət üçün müvafiq şərait yaradılıb.

Miami Beach-ə giriş 20 AZN-dir. Qiymətə çimərliyə giriş, 1000 nəfərlik böyük hovuz və paltardəyişmə otaqları, dəsmal və şezlonqlar daxildir.

Yeni açılan Public Beach-ə giriş pulsuzdur. Yemək sahəsi və çimərlik çətirləri qonaqların ixtiyarındadır.

Yeri gəlmişkən, Sea Breeze-dəki bütün çimərlik komplekslərində fud-kortlar fəaliyyət göstərir.

Amburan-da isə çimərliyə giriş həftəiçi və həftəsonu olmaqla dəyişir. Belə ki, çimərliyin həftəiçi qiyməti 28 manat, həftəsonu və bayram günləri isə 38 manatdır. Dolab üçün 5 manat və əlavə 5 manat depozit tələb olunur. 

9 yaşlı, boyu 135 sm-ə qədər olan uşaqlara giriş pulsuzdur. Çimərliyə daxil olarkən isə uşağın şəxsiyyət vəsiqəsi tələb olunur. Girişdə “Face control” tətbiq olunur.

Dalgabeach-də isə bazar günləri saat 09:00-11:00-ə qədər giriş 30 manatdır.

0-6 yaş uşaqlar üçün çimərliyə daxil olmaq pulsuz,

6-11 yaş uşaqlar üçün isə 15 manatdır.

Qiymətlər yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.

My Beach Novxanı çimərliyində də qiymətlər həftəiçi və həftəsonusonu fərqlidir. Çimərliyə həftəiçi giriş 20 manatdırsa, həftəsonu 25 manatdır. 4 yaşa qədər uşaqlar üçün hovuza giriş pulsuz, 5-12 yaş uşaqlar üçün isə qiymət 15 manatdır. Hovuzun qadınlar zonasına isə ancaq 6 yaşına qədər oğlan uşaqları daxil ola bilər. 

Qiyməti münasib olan çimərliklərdən biri Glambeach-dir. Bu çimərliyə giriş 10 manatdır. Qiymətə isə çətirli yerlər daxildir. 

Richi Beach-də qiymətlər həftəiçi 10 manat, həftəsonu 15 manatdır. Hovuza giriş qiymətlərinə isə duş, dəsmal, özəl şkaf və lejanka daxildir. 

“Ramada by wyndham baku”-da isə qiymətlər həftə içi 25 manat, həftə sonu isə 30 manatdır. Qiymətə isə şezlonq, dəsmal, loker, açıq hovuz və dənizdən istifadə daxildir. 

Casablanca Beach Baku-da isə böyüklər üçün giriş qiyməti 20 manatdır. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuz, 6-10 yaş uşaqlar üçün isə 10 manatdır. Qiymətə isə hovuz və dənizdən istifadə, şezlonq, dəsmal daxildir. 

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...