Redaktor
Bakılı iş adamı toyuna 3,5 milyon dollar xərcləyib... (FOTOLAR)
Rusiyalı müğənni, Rusiyanın əməkdar artisti, Tatarstan Respublikasının və Başqırdıstan Respublikasının Xalq artisti, teleaparıcı və aktrisa Alsu Safina (Abramova) uzun illərdir ki, səhnədədir.
Valyuta.az moderator.az a istinadən xəbər verir ki, bu barədə "teleprogramma.pro" nəşri yazıb. Müğənni öz yubileyi ərəfəsində nəşrə müsahibə verib.
O, ilk dəfə yeniyetmə yaşlarında çıxış edib və "Avroviziya" müsabiqəsində iştirak edərək ikinci yeri tutub.
Hazırda müğənni artıq biznesmen Yan Abramovun həyat yoldaşı və üç uşaq anasıdır. Safina və Mikella adlı iki qızı və Rafael adlı oğlu var.
Həyat yoldaşı Yan Abramov tanınmış sahibkardır. O, 1977-ci ildə Bakıda anadan olub. Onun atası Rafael Abramov da tanınmış rusiyalı bankirdır.
Yan Abramov Alsu ilə toy mərasiminə 3,5 milyon dollar xərcləyib. Nikah haqqında şəhadətnaməni onlara o zaman Moskvanın meri olan Yuri Lujkov şəxsən təqdim edib.
Cütlük hər iki mənəvi atalarından xeyir-dua alıb, axı Yan iudaizmə, Alsu müsəlman dininə etiqad edir.
Müğənni bu gün də dəbdə olan geyimləri ilə öyünməkdə və pərəstişkarlarını gənc görkəmi ilə heyrətləndirməkdə davam edir.
Bu dəfə Alsu arxiv fotoları ilə bölüşmək qərarına gəlib. O, gənclik illərində necə göründüyünü göstərib. Müğənni etiaf edib ki, öz yubileyinə hazırlaşır. O, vurğulayıb ki, övladları bu fotoşəkillərdə özünün olduğu yaşlardadır.
Ətraflı
"Bu il 40 yaşım tamam olur. Görünür, insan istər-istəməz süuraltı olaraq müəyyən nəticələrə gəlir, hansısa dəyişikliklərə hazırlaşır və təbii ki, nostalji hissi keçirir.
Bu gün ata evimdə bu fotoşəkillərə rast gəlmişəm... Burada mənim 16-17 yaşım var. Necə də gözəl, qayğısız illər idi!..
Yeri gəlmişkən, şou-biznesdə də çox maraqlı dövr olub. Tamamilə gənc artistlər üzə çıxıb, musiqidə öz unikal cərəyanını yaratmağa, gözəl videolar çəkməyə başlayıb... Böyük sevgi və istəklə həyata keçirdiyimiz nə qədər ideyalar vardı...
Necə deyərlər, "the world was enough" və "sky was the limit!" (Zamanımız çox, arzularımız sonsuz idi...-red.). O zaman, yəqin ki, mənim karyeramın zirvəsi olub. Stadionlar, şəhərlər, ölkələr, sonsuz sayda çəkilişlər...
Mən taleyimə, valideynlərimə, komandama və əlbəttə ki, öz pərəstişkarlarıma bu gözəl dövrana görə minnətdaram!
İndi həyatımın tamamilə başqa, şüurlu, yetkin mərhələsidir. Bu da çox maraqlıdır. Mən çox düşünürəm, oxuyuram, öz üzərimdə işləyirəm.
Getdikcə zamanımı boş şeylərə, mənim qəlbimi fəth etməyən insanlarla mənasız söhbətlərə sərf etmək istəmirəm.
Neqativdən tez yoruluram, ətrafımı yalnız sevdiyim insanlarla əhatə etməyə çalışıram.
Həyat sanki bir andır və bir göz qırpımında ötüb keçir...Hamınıza xeyir, bolluca sevinc və xoşbəxtlik arzulayıram", - ulduz müğənni deyib.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
09.12.2025Ünvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025