Redaktor
Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlandı
Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Əfşan Fazil oğluna məxsus çiy dönər emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Valyuta.az AQTA-ya istinadən xəbər verir ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal prosesinin və ləvazimatların yuyulmasının eyni sahədə həyata keçirildiyi, xammalların saxlanması üçün sahələrin ayrılmadığı, müəssisənin giriş qapısının birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təşkil edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə çiy dönər istehsalı və qida məhsullarının emalı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025