Bakıda məşhur restoranların fantastik iftar qiymətləri - <span style="color:#008000">SİYAHI</span>

Redaktor

01.03.2025 12:19
939

Bakıda məşhur restoranların fantastik iftar qiymətləri - SİYAHI

Bakı şəhərində məşhur restoranların iftar menyuları açıqlanıb.

Valyuta.az xəbər verir ki, bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri müxtəlifdir.

Belə ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir.

- "Günaydın" restoranının hər iki filialında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır

- "Fairmont Baku"nun "Le Bistro" restoranı bir nəfərlik iftar süfrəsini 88 manata təklif edir.

- "Hilton"un 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan "Sky Grill"də bir nəfər üçün iftar qiyməti 60 manatdır.

- "Hilton"un 1-ci mərtəbəsində yerləşən "Cilantro Restoranı" isə bir nəfərə iftar süfrəsini 49 manata açır.

- "The Landmark"ın 20-ci mərtəbəsində yerləşən "Caspian Grill & Terrace" restoranında bir nəfərə iftar süfrəsi 40 manata təklif olunur.

- Səməd Vurğun küçəsindəki "Şehrazat" restoranında iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servis haqqı tətbiq edilir.

- Ağ şəhərdə yerləşən "Bashkent White City"də iftar qiymətləri iki cür menyudan asılı olaraq 35-45 manat aralığında dəyişir.

- "Dreamland"da iftar açmaq istəyən şəxs 33 manat və üstəgəl 6 faiz servis haqqı ödəməli olacaq.

- Üzeyir Hacıbəyov küçəsində yerləşən "Mamounia Baku" restoranında iftar qiyməti 29 manat, əlavə olaraq servis haqqı isə 10 faiz təşkil edir.

- "Fəvvarələr meydanı"ndakı "Fisincan" restoranı iftar süfrəsini müxtəlif cür menyular olmaqla 25, 30 və 35 manata təklif edir.

- Eyni ərazidə, yerləşən "Caravan Baku"da isə qiymət 25 manat müəyyənləşib və bununla yanaşı 10 faiz servis haqqı nəzərdə tutulub.

- Həmçinin burada məşhur "Firuzə" restoranı bir nəfərə iftar süfrəsini 24 manata təqdim edir.

- "Salam Baku" restoranında iftar menyusu 26 manata təklif olunur.

- Neftçilər metrosu yaxınlığındakı məşhur "Biz-Bizə" restoranında iftar açmaq azı 30 manata başa gələcək.

- Badamdar qəsəbəsində dağın üzərində dənizə açılan mənzərəyə malik "Luxury Life Restaurant" müqəddəs ayda iftar süfrəsini cəmi 25 manata təklif edir.

Qeyd edək ki, bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.

© İqtisadiyyat.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Məzənnə

Yüklənir...