Redaktor
Bakı bazarlarında qiymətlər niyə bahadır? (ŞƏRH)
“Bakıda qiymətlərin baha olmasının ən böyük problemlərdən biri fermerlərin ölkənin bazarlarına girişlərinin məhdud olmasıdır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, bazarlarda piştaxta arxasında oturanlar özü üçün çörək pulu qazanır, bundan əlavə bazar rəhbərliyinə yer haqqı verir:
“Hər bazarın bir neçə tədarükçüsü var. Onlar rayonlardan məhsulu su qiymətinə alıb, Bakıda piştaxta arxasında duranlara 5 qat bahasına satır. Həmin adamlar da onlardan aldığı qiyməti iki dəfə artırıb satır. Fermerin özünün Bakıya məhsul gətirmək imkanı yoxdur. Ona görə də bu gün Bakıda qiymətlər od tutub yanır”.
Akif Nəsirli qeyd edib ki, bu gün fermerlərin yetişdirdiyi məhsulların paytaxt bazarlarına çıxışı yoxdur:
“Paytaxt bazarlarında məlum insanlar piştaxta arxasında dayanıb mal satır. Həmin insanlara məhsul satışı birinci əldən gəlmir. Yəni fermer özü deyil, onlar da alverçilərdir. Bunun üçün bazarlarda monopoliya aradan qalxmalıdır. Bütün bazarlar fermerlərin üzünə açıq olmalıdır. Necə ki, sovet dövründə ölkənin bütün bazarlarına sadə vətəndaşların girişi məhdidiyyətsiz idi. Düzdür, onlar da müəyyən müqadrda pul ödəyirdilər. Sözsüz ki, bazarın saxlanması üçün pul ödənilməlidir. Hökumət fermerləri müdafiə etmək fikirindədirsə bazar xərclərini ödəyə bilər”.
Akif Nəsirli hesab edir ki, bu gün fermer malını özü Bakıya gətirə bilsə bazarlarda məhsul çox ucuz olar:
“Məsələn, bu il nar ucuz və bol oldu. Elə rayon oldu ki, orada narın bir kilosu 10 qəpikdən aşağı satıldı. Adam tanıyıram ki, 5-6 hektar nar bağını alverçilərə 500 manata satdı. Əgər fermerin Bakı bazarlarına giriş asan olsaydı narını gətirib burada satardı və 10 min manat xeyir qazanardı”.
Aylin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025