Azərbaycanın ötən ay ən çox idxal həyata keçirdiyi ölkələr - <span style="color:#008000">TOP 10</span>

Redaktor

17.02.2025 21:30
286

Azərbaycanın ötən ay ən çox idxal həyata keçirdiyi ölkələr - TOP 10

2025-ci ilin yanvar ayı üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 5 090 838.13 min ABŞ dolları (5 milyard 90 milyon 838 min) təşkil edib.

Valyuta.Az xəbər verir ki, bu məbləğin 3 038 454.32 min ABŞ dolları ixracın payına, 2 052 383.81 min ABŞ dolları isə idxalın payına düşüb. Yəni, ümumi ticarət dövriyəsinin 59.68 %-ni ixrac, 40.32 %-ni isə idxal təşkil etmişdir. 

Qeyd edək ki, sözügedən dövrdə xarici ticarət dövriyyəsində 987 milyon dollarlıq müsbət saldo yaranıb.

Toplamda dünyanın 100-dən artıq ölkəsindən 5120 növdə məhsul idxal olunub. İxrac olunan məhsulların sayı isə 1 027 olub.

Bəs ən çox idxal həyata keçirdiyimiz ölkələr hansılardır? 

Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, yanvar ayında ən çox məhsul idxal olunan ölkə Çin Xalq Respublikası olub. Buradan son 1 ayda toplamda 378 445.97 min ABŞ dolları dəyərində məhsul idxal olunub. 

İkinci yerdə 330 667.29 min ABŞ dolları ilə Rusiya, üçüncü yerdə isə 226 661.12 min ABŞ dolları isə Avstraliya tutub. İlk beşliyi isə Meksika və Türkiyə tamamlayıb. 

Aşağıdakı cədvəldən son 1 ayda ən çox məhsul idxal etdiyimiz ölkələri və xərclənən vəsaiti görə bilərsiniz: 

Ölkə min ABŞ dolları ilə
Çin 378 445.97
Rusiya 330 667.29
Avstraliya 226 661.12
Meksika  180 208.57
Türkiyə 175 198.91
Böyük Britaniya 120 418.80
İran İslam Respublikası 55 342.29
Almaniya 55 073.69
Amerika Birləşmiş Ştatları 52 622.59
Braziliya 41 714.44
Valyuta.Az  

Qeyd edək ki, Çindən idxal olunan məhsullar ümumi idxalın 18.44 %-ni təşkil edib. İdxalın 16.11 %-i Rusiyanın, 11.04 %-i Avstraliyanın, 8.78 %-i Meksikanın, 8.54 %-i Türkiyənin, 5.87 %-i Böyük Britaniyanın, 2.70 %-i İran İslam Respublikasının, 2.68 %-i Almaniyanın,  2.56 %-i  Amerika Birləşmiş Ştatlarının, 2.03 %-i Braziliyanın payına düşüb. 

İdxalın 21.25 %-ni isə digər ölkələr təşkil edib.

Rəhim 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...