Redaktor
Azərbaycanda xarici kapitallı şirkətlərin qeydiyyatı ilə bağlı yeniliklər olacaq
Azərbaycanda xarici investisiyalı kommersiya qurumlarının qeydiyyatı ilə bağlı bir sıra yeniliklər tətbiq olunacaq.
Valyuta.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Biznesə daxilolma" və "Vergitutma" indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritələrinin təqdimat mərasimində bildirib.
O bildirib ki, "Biznesə daxilolma" indikatoru üzrə 2024-cü il üzrə Yol Xəritəsi 2 altindikator üzrə 4 komponent çərçivəsində 16 müxtəlif tədbirin icrasını nəzərdə tutur: "Görüləcək işlər çərçivəsində qeydiyyat prosesində iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə əlaqədar texniki imkanın yaradılması nəzərdə tutulur. Həmçinin kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi və rəhbər dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması da görüləcək işlərin sırasındadır".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025