Azərbaycanda qızıl və qiymətli daşlara dair texniki tələblər sərtləşdirildi

Redaktor

08.05.2025 17:00
123

Azərbaycanda qızıl və qiymətli daşlara dair texniki tələblər sərtləşdirildi

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qəbul edilən AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” adlı yeni dövlət standartı qiymətli metallar və daşlar üzrə tələbləri daha da dəqiqləşdirir, bununla da həm emal olunmamış, həm də cilalanmış qiymətli daşların keyfiyyət göstəricilərinə dair konkret normalar müəyyən edilib.

Bu barədə açıqlamasında “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, yeni standart zərgərlik məhsullarının keyfiyyətinin artırılmasına, istehlakçı hüquqlarının qorunmasına, eləcə də istehsal prosesində şəffaflıq və rəqabət mühitinin gücləndirilməsinə xidmət edir.

“Standart Texniki Komitə tərəfindən hazırlanıb və maraqlı tərəflərin razılığı əsasında konsensus yolu ilə qəbul olunub. Sənəddə qızıl və onun ərintilərinin kimyəvi tərkibi, markalanma qaydaları və texniki tələblər müəyyən edilib. Bu istiqamətdə qəbul olunan sənədlər ölkədə qiymətli metallar və daşlar sənayesində əsaslı normativ bazanın formalaşmasına imkan yaradır. Standartlar beynəlxalq təcrübəyə əsaslanaraq qabaqcıl ölkələrin praktikasına uyğunlaşdırılıb və qızıl, gümüş və digər qiymətli metalların tərkibi, keyfiyyət xüsusiyyətləri, markalanması və istehsal prosesi ilə bağlı texniki normaları əhatə edir”, - R. Əmircanov bildirib.

O vurğulayıb ki, sənədlər zərgərlik məmulatlarında istifadə olunan ərintilərin və əyarların yoxlanması, nümunələrin götürülməsi, laborator sınaqların aparılması, məhsulların işarələnməsi və satışa çıxarılması proseslərini tənzimləyir: "Eyni zamanda, brilyant, sapfir, zümrüd, yaqut və aleksandrit kimi qiymətli daşların təsnifatı, çeşidlənməsi və dəyərləndirilməsi üzrə texniki normalar da müəyyən olunub. Standartlar qiymətli daşların rəng, saflıq, təraşlanma keyfiyyəti və ölçü kimi parametrlərə görə qiymətləndirilməsini nəzərdə tutur. Terminologiya, laboratoriya sınaq metodları və keyfiyyətin yoxlanılması prosedurları isə vahid qaydalarla tənzimlənir. Bu yanaşma bazarda şəffaflıq və etibarlılığı artırır, istehlakçılara isə keyfiyyətli və sertifikatlaşdırılmış məhsullara çıxışı təmin edir".

R. Əmircanov əlavə edib ki, 2024-cü ildə Türkiyənin zərgərlik sənayesində istifadə olunan üç beynəlxalq standart milli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda qəbul olunub: “Bu sənədlər qiymətli metalların kimyəvi tərkibinin dəqiq müəyyənləşdirilməsi, istehsal proseslərinə dair texnoloji tələblər və sənaye üçün normativ yanaşmaların formalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, bu sənədlər zərgərlik sahəsində çalışan mütəxəssislərin peşə bacarıqları, bilik səviyyəsi və etik prinsiplərə dair ümumi meyarların müəyyən olunmasına da töhfə verir. Bu standartların tətbiqi ölkədə həm normativ-texniki bazanı gücləndirir, həm də beynəlxalq tələblərə uyğun zərgərlik xidmətlərinin inkişafını təmin edir”.

©report

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...