Redaktor
Azərbaycanda niyə ancaq 5 ulduzlu otellər tikilir? - İqtisadi DİLEMMA
Azərbaycanda turizmin inkişaf fonunda çoxsaylı otellər tikilib istifadəyə verilib. Amma maraqlıdır ki, bu otellərin mütləq əksəriyyəti 4 və 5 ulduzlu otellərdir. Halbuki turizmin inkişafına təkan verən amillərdən biri də daha az ulduzlu otellərin olmasıdır. Azərbaycanda isə iki və üç ulduzlu otellər hələ də demək olar ki, yox səviyyəsindədir.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, sərhədlərin bağlı olması sahibkarlar arasında iki və üçulduzlu otellərin tikintisinə marağı öldürüb:
“Otel biznesində adətən uzunmüddətli yatırıma ehtiyac var. Yəni qısa müddətdə otel biznesi gəlir gətirməyə bilər. Ona görə də Azərbaycanda 5 ulduzlu otelləri daha çox vəsaiti olan iri holdinqlər tikir. Adi iş adamları isə bu sahədə gəlirliyin uzun müddətə təmin olunduğunu nəzərə alaraq həmin sahəyə girişə bilmir”.
Ekspertə görə, uzunmüddətli və aşağı faizli kreditlərin olmaması da iki və üçulduzlu otellərin geniş yayılmasına maneə olur:
“Ona görə də Azərbaycanda otel tikintisilə məşğul olan şirkətlərin sayı olduqca azdır. Digər tərəfdən, turizmi prioritet elan etsək də quru sərhədləri hələ də bağlıdır. İki və üçulduzlu otelləri daha çox sərhəd bölgələrində tikmək olar. Amma sərhədlərin bağlı olması bu sahəyə marağı azaldıb. Tiflisdə 700-dən çox hostel olduğu halda, Bakıda isə barmaqla sayılacaq cəmi bir neçəsi var”.
N.Cəfərli düşünür ki, həmin sahənin inkişafına nail olmaq üçün xüsusi proqram, xüsusi bir yanaşmaya ehtiyac var.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025