Redaktor
Azərbaycanda hotellər bahalaşdı - Səbəblər və qiymətlər
Azərbaycanda 5 ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur. Ən yüksək 5 ulduzlu otellərdə standart otaqların qiyməti isə Qubadadır. Burada bir günlük gecələmək 269 manata başa gəlir.
Turizm üzrə ekspertlər deyirlər ki, qiymətlərin mütəmadi artmasının bir sıra səbəbləri var.
Turizm üzrə ekspert Rəhman Quliyev "Xəzər Xəbər"ə deyib ki, əvvəlki illərlə müqaisədə indi bəzi otellərdə xidmətlərdə dəyşikliklər və əlavələr var. Bundan başqa, rusiyalı turistlərin Türkiyəyə üz tutması oranın otellərində də qiymətləri artırıb. Bu səbəbdən rayonlardakı otellərə yerli turistlərin tələbi artıb.
Qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi fonunda hələ ki, daxili otellərə tələbatın çox olması davam edəcək. Buna görə də qiymətlərin yaxın vaxtlarda enəcəyi gözlənilmir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025