Azərbaycanda ən çox sürülən Çin maşınları

Redaktor

05.04.2025 14:04
503

Azərbaycanda ən çox sürülən Çin maşınları

Azərbaycanda minik avtomobillərinin ümumi sayı 2024-cü ilin sonuna olan məlumata görə 1 milyon 585 min 265 ədədə çatıb. Bu avtomobillər arasında Çin istehsalı olan markalar sürücülər arasında populyarlıq qazanır.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il ölkədə 29 456 ədəd Çin istehsalı avtomobil qeydiyyata alınıb.

Bu isə ümumi avtomobil parkının təxminən 1.86%-ni təşkil edir. Əvvəlki illərlə müqayisədə bu göstərici xeyli artım deməkdir.

Azərbaycanda ən çox istifadə edilən Çin mənşəli avtomobil markası "Changan" olub - ümumilikdə 8 950 ədəd.

Bu markanı BYD (4 083 ədəd), "Chery" (3 095), "Geely" (2 482) və "Haval" (2 655) izləyir.

Daha az sayda olsa da, "Great Wall" (885), JAC (258), FAW (1 114), "Dong Feng" (557), "Baic" (1 842), GAC (549) kimi digər Çin markaları da Azərbaycan yollarında görünür.

Çin markalarının sürətlə yayılmasının əsas səbəbləri arasında onların münasib qiymətləri, yeni texnologiyalarla təchiz olunması və hibrid-elektrik modellərinin mövcudluğu göstərilir. Məsələn, BYD və "Chery" kimi brendlər elektromobil bazarında da fəal iştirak edirlər.

Ancaq bir çoxları bu avtomobilə etibar etmir.

Nəqliyyat eksperti Bulud Bağırov açıqlamasında bildirib ki, bu gün Almaniya istehsalı yeni avtomobillərini əldə etmək çox çətindir:

"Burada da insanların köməyinə Çin avtomobilləri çatır. Bu avtomobillər də ucuz deyil, sadəcə olaraq Almaniya istehsalı avtomobillərə nisbətən daha aşağı qiymətlərdədir. Çin avtomobillərinin alman avtomobil markaları qədər güclü olmadığı bildirilir. Amma insanın sağlamlığı avtomobilin möhkəmliyindən daha önəmlidir. Çin avtomobilləri qəza əsnasında pis vəziyyətə düşsə də, burada insanların həyatda qalması hədəflənir. Avtomobilə az ziyan dəyir, içindəki adam da ölürsə, o kimə lazımdır ki?! Çin avtomobillərinin gəlməsi problem deyil".

Ekspert qeyd edib ki, Çin avtomobillərinin gəlməsi keyfiyyətli avtomobil sayını azaltmayacaq:

"Kasıb təbəqənin isə avtomobil almağa gücü çatmır. Bu isə gömrük rüsumu ilə bağlıdır. Elektriklə işləyən avtomobillərin rüsumu digərlərindən heç də fərqlənmir. Bu rüsumun azalması deyilsə də elə deyil. Həmin rüsumlar bəzən avtomobilin öz qiymətindən baha başa gəlir. 6 min dollarlıq avtomobil gətirəndə üzərinə 5 min dollar da rüsum qoyurlar. O məbləğlər də adi işlərdə işləyən adamların çoxunda yoxdur. Almaniyadan gətirilən avtomobillər də hamısı köhnədir. Təzələri gətirməyə insanların imkanı çatmır. Vaxt keçdikcə o avtomobillərin də detalları köhnəlir, baha başa gəlir”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...