Azərbaycan Çin avtomobillərinin "işğalı" altında: Alıcılar nəyə diqqət etməlidirlər?

Redaktor

16.10.2025 18:33
366

Azərbaycan Çin avtomobillərinin "işğalı" altında: Alıcılar nəyə diqqət etməlidirlər?

Azərbaycana avtomobil idxalı 2025-ci ilin ilk 9 ayı ərzində rekord səviyyəyə yüksəlib.

Valyuta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumatlara əsasən, yanvar-sentyabr aylarında ölkəyə ümumilikdə 85 257 ədəd avtomobil gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28.6 faiz artım deməkdir.

DGK ümumi idxal rəqəmlərini açıqlasa da, avtomobil bazarındakı analitiklər bu kəskin artımın böyük hissəsini Çin markaları ilə əlaqələndirirlər. Münasib qiymətlər, müasir texnologiyalar və dövlətin tətbiq etdiyi güzəştlər (ƏDV və gömrük rüsumundan azadolma) Çin istehsalı olan elektrik və hibrid avtomobillərə marağı sürətləndirib.

Ötən ilin statistikasına görə, ölkəyə idxal edilən elektrik və hibrid avtomobillərin bazardakı ümumi payının təxminən 78 faizi məhz Çin modellərinin payına düşüb.

2024-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda 29 456 ədəd Çin istehsalı avtomobil qeydiyyatdan keçib. Bu, əvvəlki illərlə müqayisədə kəskin artım dinamikasının davam etdiyini göstərir. Məsələn, 2022-ci ildə Azərbaycana idxal edilən minik avtomobillərinin sayı illik 43 faiz artaraq 2 888 ədəd təşkil etmişdi.

Bazar iştirakçıları arasında Çin avtomobillərinin qiymətinin ucuz olması və rəsmi servis şəbəkəsinin az yayılması səbəbindən keyfiyyətlə bağlı fərqli rəylər mövcuddur. Bəzi alıcılar "20-25 min manata dolu komplektasiyalı keyfiyyətli maşın istehsal etmək mümkün deyil" fikrindədirlər.

Avtomobil sahəsində tanınmış ekspert, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Natiq Zərbəliyev isə bütün Çin avtomobillərinin keyfiyyətsiz olması ilə bağlı deyilənlərlə razılaşmır.

Azərbaycan Çin avtomobillərinin işğalı altında: Alıcılar nəyə diqqət etməlidirlər?

Azərbaycan Çin avtomobillərinin işğalı altında: Alıcılar nəyə diqqət etməlidirlər?

Ekspert bu fikirləri Oxu.Az-a şərh edərkən alıcıları avtomobil markalarının tarixini araşdırmağa çağırıb:

"Ən keyfiyyətli və lüks avtomobillərdə belə zaman-zaman texniki problemlər meydana çıxır. Amma o zaman alıcı ilə həmin şirkət arasında rəsmi servis dayanır və problemi həll edir. Bu gün elə Çin markaları var ki, "Toyota" qədər istehsal tarixi var və məhsulları bazarda keyfiyyətli hesab olunur. Belə şirkətlər rəsmi servislər, ehtiyat hissə təminatı və s. ilə təmin edirlər."

"Elə şirkətlər də var ki, xüsusi layihələr əsasında avtomobil hazırlayır. Təbii ki, bu cür istehsal olunan avtomobillərin keyfiyyəti suallar yaradır. İnternetdən Çindən avtomobil sifariş verib alanlar var. Təbii ki, onlar üçün servis xidməti təşkil olunmur və problemlə üzləşirlər".

Nəqliyyat ekspertləri, ümumilikdə, Çin avtomobillərinin populyarlıq qazanacağını proqnozlaşdırırlar, lakin rəsmi diler şəbəkələri tərəfindən satılmayan avtomobillərdə ehtiyat hissələrinin tapılması və zəmanətli servis xidmətləri ilə bağlı çətinliklərin hələ də mövcud olduğunu qeyd edirlər.

©Oxu.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO

05.12.2025

Məzənnə

Yüklənir...