Redaktor
Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI
Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15 milyard 907 milyon 114 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bunun 13 milyard 939 milyon 464 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.
Hesabat dövründə regionlar arasında bankda əmanəti olanlar siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 599 milyon 293 min manat pulu var.
Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 264 milyon 715 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanların isə 162 milyon 478 min manat əmanəti var.
Digər regionlar üzrə göstəricini təqdim edirik:
| Regionlar üzrə cəlb olunmuş əmanətlər | ||
|---|---|---|
| Regionların adı | Cəmi (min manat) | Orta % dərəcəsi |
| Bakı iqtisadi rayonu | 13,939,464 | 5.03% |
| Abşeron-Xızı iqtisadi rayonu | 599,293 | 6.84% |
| Gəncə-Daşkəsən iqtisadi rayonu | 264,715 | 6.69% |
| Quba-Xaçmaz iqtisadi rayonu | 162,478 | 6.18% |
| Lənkəran-Astara iqtisadi rayonu | 147,935 | 6.09% |
| Şəki-Zaqatala iqtisadi rayonu | 145,819 | 5.47% |
| Mərkəzi Aran iqtisadi rayonu | 140,117 | 6.33% |
| Qazax-Tovuz iqtisadi rayonu | 135,267 | 6.39% |
| Qarabağ iqtisadi rayonu | 106,299 | 5.30% |
| Şirvan-Salyan iqtisadi rayonu | 81,099 | 4.92% |
| Naxçıvan iqtisadi rayonu | 79,718 | 5.26% |
| Mil-Muğan iqtisadi rayonu | 53,33 | 4.14% |
| Dağlıq Şirvan iqtisadi rayonu | 50,598 | 5.96% |
| Şərqi Zəngəzur iqtisadi rayonu | 981 | 4.03% |
| Valyuta.az | 09.12.2025 | |
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMilli Məclis gələn ilin dövlət büdcəsini qəbul etdi
09.12.2025Fermerlər bitkilərini 12 milyona sığortalayıblar
09.12.2025Bankların depozit xərcləri 1 mlrd. manatı keçib
09.12.202510 nəqliyyat vasitəsi satışa çıxarılır - 1 350 manatdan
09.12.2025AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi! ®
09.12.2025Masallıda 10 milyona DOST Mərkəzi tikiləcək
09.12.2025Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi
09.12.2025Nazir yeni rəis əvəzi təyin etdi
09.12.2025