Redaktor
AYNA-nın şirkətlərə yazdığı cərimələri məhkəmə ləğv etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "AEM Elektron" MMC və "Foodini" MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.
Valyuta.az "Teleqraf"a istinadən xəbər verir ki, AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.
Xətai Rayon Məhkəməsi "AEM Elektron" MMC-ni, Səbail Rayon Məhkəməsi isə "Foodini" MMC-ni həmin maddə üzrə cərimə qərarı qəbul etmişdi.
Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edib, qərarlar ləğv olunub.
Qeyd edilib ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.
Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMilli Məclis gələn ilin dövlət büdcəsini qəbul etdi
09.12.2025Fermerlər bitkilərini 12 milyona sığortalayıblar
09.12.2025Bankların depozit xərcləri 1 mlrd. manatı keçib
09.12.202510 nəqliyyat vasitəsi satışa çıxarılır - 1 350 manatdan
09.12.2025AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi! ®
09.12.2025Masallıda 10 milyona DOST Mərkəzi tikiləcək
09.12.2025Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi
09.12.2025Nazir yeni rəis əvəzi təyin etdi
09.12.2025