Redaktor
Avtomobilini rəsmi şəkildə öz adına keçirmək istəyənlər üçün VACİB MƏQAMLAR
Avtomobil alqı-satqısında rəsmi prosedurlara əməl etmək və qanunsuz ödənişlərdən uzaq olmaq hər bir vətəndaş üçün önəmlidir. Bəs avtomobilin düzgün və təhlükəsiz şəkildə şəxsin adına keçirilməsi üçün nə etmək lazımdır?
Vəkil Turan Abdullazadə avtomobilin rəsmi qaydada, qanunsuz ödənişlərdən uzaq şəkildə şəxsin adına keçirilməsi üçün diqqət edilməli əsas məqamları açıqlayıb.
Onun sözlərinə görə, avtomobilin qiymətinin tam məbləği alqı-satqı müqaviləsində göstərilməli və həmin məbləğ rəsmi olaraq, qeydiyyat şöbəsinin daxilində yerləşən bank vasitəsilə satıcıya ödənilməlidir: "Məsələn, 35 min manatlıq maşın alarkən məhz həmin məbləğ müqavilədə əks olunmalı və bank vasitəsilə qarşı tərəfə çatdırılmalıdır. Əgər avtomobili qanunsuz ödənişsiz, rəsmi qaydada adınıza keçirmək istəyirsinizsə, məhz belə edilməlidir".
Vəkil, həmçinin qeyd edib ki, vətəndaşların əksəriyyəti avtomobil alqı-satqısını baş etibarnamə əsasında həyata keçirir və bəzən tam ödənişi təqdim etmədən razılığa gəlirlər. Bu isə onları qanunsuz tələblərin hədəfinə çevirir, nəticədə əlavə 600 manat məbləğdə rüsum tələb edilən hallarla rastlaşırlar.
T.Abdullzadə bildirib ki, baş etibarnamə ilə deyil, avtomobili addan-ada keçirmək lazımdır ki, gələcəkdə hər hansı problem yaranmasın. Baş etibarnamə əsasında alınan avtomobillərdə isə ikinci dəfə qeydiyyat zamanı müəyyən çətinliklər meydana çıxır, çünki alıcı artıq avtomobilin pulunu ödəyib, ancaq sənədləri rəsmi şəkildə öz adına almır.
Vəkil avtomobil alqı-satqısının ən düzgün və təhlükəsiz yolunun maşının mülkiyyətçisinin özü ilə birgə qeydiyyat şöbəsinə getmək, ödənişi bank vasitəsilə birbaşa satıcıya etmək və maşını adınıza rəsmiləşdirmək olduğunu vurğulayıb. Bu halda, yalnız dövlət rüsumları və bank xidmət haqları ödənilir və əlavə qanunsuz xərclərdən qorunmaq mümkündür.
©E-huquq.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025