Attestasiya nədir və hansı işçilərə şamil edilir?

Redaktor

14.02.2025 21:04
322

Attestasiya nədir və hansı işçilərə şamil edilir?

Attestasiya bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin etmək məqsədi ilə keçirilir. 

Attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə tənzimlənir və tətbiq edilir.

Valyuta.az attestasiya, məqsədi, qaydası, şərtləri, tətbiq olunma qaydalarını təqdim edir.

Əmək Məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi aşağıdakı qaydalarda aparılır:

- Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. 

- İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir.

Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

- İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtlərinin tənzimləməsi 65-ci maddədə qeyd olunub. 

- İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

- Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.  

- İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır.

İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

- Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

- Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlər ilə əlaqədar suallar verilə bilər.

Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 

-  Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. 

- Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

- Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

- Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir.

Qeyd edək ki, bu məcəllənin  65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. 

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10

08.12.2025

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

08.12.2025

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Məzənnə

Yüklənir...