Redaktor
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,2 % böyüyəcəyini proqnozlaşdırır.
Valyuta.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bu ilin aprel ayında qurum 2025-ci ildə iqtisadi artımın 3,3 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,7 % olacağını açıqlamışdı.
Bundan başqa, T.Kazımov deyib ki, AMB gələn il ölkə iqtisadiyyatının 2,2 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,3 % böyüyəcəyini proqnozlaşdırır.
Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir ki, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,5 % yox, 3,7 % olacağı gözlənilir.
Sənədə əsasən, iqtisadi artım proqnozu neft-qaz sektoru üzrə 0,5 %-dən 1,2 %-ə qaldırılıb, qeyri neft-qaz sektoru üzrə isə 4,9 % saxlanılıb.
Maliyyə Nazirliyi 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 %, 2028-ci ildə 3,6 %, 2029-cu ildə isə 4,9 % iqtisadi artım gözləyir.
O cümlədən, 2026-cı ildə neft-qaz sektorunda 1,2 % azalma, qeyri-neft-qaz sektorunda 5 % artım, 2027-ci ildə neft-qaz sektorunda 0,3 % azalma, qeyri-neft-qaz sektorunda 5 % artım, 2028-ci ildə neft-qaz sektorunda 1,8 % azalma, qeyri-neft-qaz sektorunda 5,3 % artım, 2029-cu ildə isə neft-qaz sektorunda 4,1 % artım, qeyri-neft-qaz sektorunda isə 5,1 % artım proqnozlaşdırılır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025