“Aİ-95”in bahalaşması digər sektorlarda qiymət artımına səbəb olacaq?

Redaktor

13.07.2022 11:47
702

“Aİ-95”in bahalaşması digər sektorlarda qiymət artımına səbəb olacaq?

Azərbaycanda “Aİ-95” markalı benzinin satış qiymətinin 1,6 manatdan 2 manata çatdırılması qlobal enerji bazarında gedən proseslərin təzahürüdür.

Valyuta.az xəbər verir ki, bunu Report-a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Azərbaycanda bu marka benzin istehsal edilmir. Onu xaricdən alırıq. Bu ilin ilk 4 ayı ərzində ölkəyə gətirilən “Aİ-95” markalı benzinin bir tonunun idxal qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 300 ABŞ dolları çoxdur. Bu, birbaşa olaraq neft qiymətlərinin artımı ilə əlaqədardır. Belə ki, bu ilin əvvəlindən “Brent” markalı neftin qiyməti 25% bahalaşıb. ABŞ-da benzinin qiyməti tarixi maksimumları yeniləyərək bir qalon (3,785 litr) üçün hətta 6 ABŞ dollarına belə çatıb. Analoji proses Avropada da müşahidə edilir”,- deyə o əlavə edib.

Ekspert hesab edir ki, “Aİ-95”in qiymətinin artmasının geniş əhali kütləsinə təsirləri minimum olacaq: “Azərbaycanda ənənəvi olaraq əhalinin əksər hissəsi “Aİ-92” benzinindən və dizel yanacağından istifadə edir. Biznes ilk növdədə yuxarıda qeyd edilən yanacaq növlərindən istifadə edir. Yəni “Aİ-95”in bazar payı çox azdır. Belə olan şəraitdə onun bahalaşması digər sektorlarda qiymət artımına səbəb olmayacaq. Bunun üçün heç bir iqtisadi əsas yoxdur. Lakin hər zaman olduğu kimi hansısa işbazlar bu məqamdan spekulyasiya edə bilərlər. Bunun qarşısını almaq üçün isə dövlətin müvafiq nəzarət orqanları fəaliyyətlərini aktivləşdirməlidir”.

Xatırladaq ki, bu ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən (Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistandan) 29 min 981 ton Aİ-95 markalı benzin gətirlib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 36% azdır. Azalma əsas tədarük bazarlarından biri olan Rusiyadan idxal həcminin 4 dəfə aşağı düşməsi ilə əlaqədardır. Ötən il xaricdən (8 ölkədən) aldığımız 147 min 412 ton Aİ-95 markalı benzinin 44,5%-i Rumıniyanın, 35,2%-i məhz Rusiyanın payına düşüb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Məzənnə

Yüklənir...