Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Redaktor

26.07.2025 12:29
168

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğuru səhv nəticəsində olub.

Valyuta.az xəbər verir ki, gənc qadın uğurunun sirrini açıqlayıb. Belə ki, bütün bunlar bilet alarkən adi ehtiyatsızlıq ucbatından baş verib.

Lotereya operatorunun bəyanatında deyilir ki, adı açıqlanmayan qalib səhvən iki əvəzinə üç bilet alıb və qadına 50 min dollar qazandıran məhz əlavə bilet olub.

Qadının özü deyir ki, bu, yalnız xoş bir təsadüf nəticəsində baş verib. O, yerli mağazalardan birinə gedib maşının düyməsini basanda təsadüfən iki bilet əvəzinə üç bilet seçib. Üçüncü əlavə bilet qalib olub.

"Bu, tamamilə təsadüf idi. İki bilet almaq istədim, amma düyməni bir dəfə daha basdım" -deyə qadın xatırlayır.

Bu qalibiyyət 2021-ci ildə əvvəlki uğurundan - 100.000 dollar qazandıqdan sonra gəlir. Qadın əvvəlcə öz bəxtinə inanmadığını etiraf edib:

"Bunun mənim başıma yenidən gələ biləcəyi inanılmazdır. Mağazada çoxlu insan var idi, mən qışqırmaqdan və baş verənləri hamıya deməkdən özümü güclə saxladım". 

Sonda o, sakitliyini qoruyub və hələlik kimliyini və uduşunu sirr saxlamaq qərarına gəlib. Amerikalı həm də pulunu hara xərcləməyi planlaşdırdığını açıqlamayıb.

©Lent.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10

08.12.2025

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

08.12.2025

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Məzənnə

Yüklənir...