1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Redaktor

10.04.2025 23:49
172

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

"Apple" şirkəti ABŞ-da prezident Donald Trampın tətbiq etdiyi yüksək idxal rüsumlarından yayınmaq məqsədilə bir sıra addımlar atıb.

Valyuta.az xəbər verir ki, "Apple" Hindistandan 600 ton iPhone (təxminən 1,5 milyon ədəd) gətirmək üçün yük təyyarələri icarəyə götürüb. 

Məlumata görə, "Apple" ABŞ-a satış üçün iPhone ehtiyatlarını artırmaq və Trampın Çin istehsalı məhsullara tətbiq etdiyi 125 faizlik rüsumdan yayına bilmək üçün Hindistanda istehsalı sürətləndirib və məhsulların hava yolu ilə çatdırılmasına başlayıb. Qeyd edək ki, Hindistandan idxal olunan məhsullara tətbiq olunan 26 faizlik rüsum isə Trampın elan etdiyi 90 günlük fasilə ilə müvəqqəti dayandırılıb.

Bununla belə, "Apple" Çennay şəhərindəki hava limanında gömrük rəsmiləşdirmə müddətini 30 saatdan 6 saata endirmək üçün Hindistan rəsmiləri ilə danışıqlar aparıb. Nəticədə burada “yaşıl dəhliz” adlı xüsusi prosedur tətbiq edilib ki, bu da Çindəki bəzi hava limanlarında istifadə olunan modellə oxşardır..

Hazırda "Apple" dünya üzrə ildə 220 milyondan çox "iPhone" satır. “Counterpoint Research”in təxminlərinə görə, ABŞ-a idxal edilən "iPhone"ların beşdə biri artıq Hindistanda istehsal olunur. Qalan hissə isə Çindən gətirilir.

Ekspertlər bildirir ki, Çin istehsalı "iPhone"lara tətbiq olunan 125 faizlik rüsumlar ABŞ-də qiymətlərin kəskin artmasına səbəb ola bilər.

Digər tərəfdən "Apple" Hindistanda "iPhone" istehsalını 20 faiz artırmaq üçün əlavə işçilər cəlb edib və ölkənin ən böyük "Foxconn" zavodunda bazar günləri də iş rejimi tətbiq olunub.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ünvanlı sosial yardımın məbləği artırılacaq

09.12.2025

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

"PAŞA Sığorta”ya yeni təyinat olub

09.12.2025

Məzənnə

Yüklənir...