Redaktor
130 min ton itkiyə gedən tərəvəz - Bunun qarşısını necə almaq olar?
Azərbaycanın tərəvəz ehtiyatı 2 milyon 200 min tonu keçib. Tərəvəzlərin 1,4 milyon tonu əhali tərəfindən istehlak edilib, 180 min tonu xaricə ixrac olunub, 130 min ton tərəvəz isə itkiyə gedib.
130 min ton tərəvəzin itkisinin qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bu halları aradan qaldırmaq, itkiləri azaltmaq üçün bu sahə ilə bağlı müəyyən tənzimlənmə həyata keçirilməlidir:
“Əvvəlcə bazarın tələbatı və fermerlərin istehsal potensialı da eyni qaydada müəyyənləşməlidir. Mövsüm başlayana qədər müəyyən olunmalıdır ki, hansı tərəvəz və kənd təsərrüfatı məhsulları tələbatdan artıq istehsal edilir, hansı məhsulun isə daha artıq istehsalına ehtiyac var. Artıq məhsullar mövsüm başlayan kimi hökumət tərəfindən alınmalıdr ki, bazarda artıqlıq yaranaraq, qiymətlər ucuzlaşmasın. Amma çatışmayan kənd təsərrüfatı məhsulunu, meyvəni, tərəvəzi isə hökumət sahibkarlara sifariş verməli, xaricdən sifariş etməlidir, bununla da bazarın tələbatını ödəməlidir”.
Həmsöhbətimiz qeyd edib ki, meyvə-tərəvəz dedikdə, bu ifadənin altında çox geniş çeşidli məhsullar dayandığını nəzərə almalıyıq:
“Bəzən mövsümündə yetişdirlən meyvə və tərəvəz artıqlıq edir. Məsələn, yay aylarında qarpız çox istehsal olunur və bazarın tələbatından çox olur. Bu zaman qiymətlər ucuzlaşır, hətta ucuzlaşma o həddə çatır ki, həmin məhsulları bazara çatdırmaq mümkün olmur. Bir neçə həftə bundan əvvəl bir video izlədim ki, sahibkar laped dolu qarpızı kanala tullayırdı. Bu kimi nümunələr mövcuddur. Belə nümunənin olmaması üçün isə tələbat əvvəlcədən müəyyənləşdirilməlidir”.
Akif Nəsirli deyir ki, bütün bu proseslərə qədər isə Azərbaycan iqtisadiyyatının kənd təsərrüfatı seqmentində çoxlu görüləsi işlər var:
“Birmənalı olaraq fermerlərin böyük şəhərlərdəki bazarlara birbaşa, maneəsiz çıxışı təmin olunmalıdır. Onların öz məhsullarını satmaq üçün həm rayonlarda, həm böyük şəhərlərdə şərait yaradılmalıdır. Hazırda Azərbaycan fermerlərinin Bakı şəhərindəki heç bir bazara birbaşa çıxışı yoxdur. Bütün bunlar həyata keçiriləndən sonra meyvə, tərəvəzlərin itkisi dəfələrlə azala və ya ümumiyyətlə aradan qaldırıla bilər”.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025