Redaktor
10 nəqliyyat vasitəsi satışa çıxarılır - 1 350 manatdan
3 fevral 2026-cı il tarixində müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Valyuta.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri arasında “Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti”nin balansında olan 2011-ci il buraxılışlı “JAC XZL5I63ZYS3” xüsusi təyinatlı avtomobilin start qiyməti 12 600 manat olaraq müəyyən edilib.
Həmin hərracda ümumilikdə üç nəqliyyat vasitəsi satışa çıxarılıb. Bakı və Gəncə Apellyasiya Məhkəmələrinin balansında olan minik avtomobilləri də hərracda təklif olunur. “KHAZAR SD” markalı (2022-ci il) avtomobil 12 600 manat, “CHEVROLET NIVA” (2007-ci il) isə 3 690 manat start qiyməti ilə satışa təqdim olunacaq.
Ən çox nəqliyyat vasitəsi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi” tərəfindən hərraca çıxarılıb. Buraya əsasən yük maşınları, xüsusi təyinatlı avtomobillər və qoşqular daxildir.
Satışa təqdim olunan bəzi nəqliyyat vasitələri bunlardır: 2003-2006-cı il buraxılışlı “QAZ-3308”, “QAZ-3307”, “URAL-4320”, “KamAZ-43114”, “UAZ-31512”, “UAZ-3962”, 1981-1999-cu il istehsalı “ZIL-131”, “MAZ-5334”, “KrAZ-255B”, “Tofaş” və müxtəlif markalı qoşqular. Avtomobillər 44 100, 15 570, 10 710, 34 470, 34 110, 1 350 manat ilə satışa təqdim olunur.
Eyni zamanda, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi”nin balansında olan 2015-ci il buraxılışlı “ZL 08006” markalı motosiklet 800 manat start qiyməti ilə satışa təqdim olunacaq. Bu nəqliyyat vasitəsinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
Digər adı çəkilən qrumlara məxsus nəqliyyat vasitələri isə 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAida Hüseynin təyinatı təsdiqləndi
09.12.2025Onlara leytenant rütbəsi veriləcək
09.12.2025Avtonəqliyyat sığortası üzrə ödənişlər artıb - Rəqəmlər
09.12.2025TƏBİB sədri bu xanımı Eldar Abbasovun yerinə gətirdi
09.12.2025İşsizlərə verilən pul artırılır
09.12.2025Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt açıqlandı
09.12.2025Süni intellektlə işləyən 10 maliyyə platforması
09.12.2025Büdcədə dəyişiklik edilir - Müdafiə xərcləri artırılır
09.12.2025Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul etdi
09.12.2025Fermerlər bitkilərini 12 milyona sığortalayıblar
09.12.2025Bankların depozit xərcləri 1 mlrd. manatı keçib
09.12.202510 nəqliyyat vasitəsi satışa çıxarılır - 1 350 manatdan
09.12.2025AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi! ®
09.12.2025Masallıda 10 milyona DOST Mərkəzi tikiləcək
09.12.2025Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi
09.12.2025Nazir yeni rəis əvəzi təyin etdi
09.12.2025