Redaktor
10 manatlıq şirkət 2 milyona su kəməri çəkəcək
"Azərsu" ASC ΙΙΙ Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihələndirmənin həyata keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi "Hydro-Geo Environnement Group" MMC-dir.
Qalib şirkətə 2 milyon 330,5 min manat ödəniləcək.
Qeyd edək ki, adıçəkilən şirkət 2018-ci ildə təsis edilib. Yaranan zaman nizamnamə kapitalı cəmi 10 AZN təşkil edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınıb. Qanuni təmsilçisi Saleh Əliyar oğlu Seyfullayevdir.

Bildirək ki, bu şəxs haqqında internet resurslarında qısa araşdırma aparsaq da, heç bir məlumat əldə edə bilmədik.
Diqqətə çatdıraq ki, şirkət Geodeziya, Topoqrafiya, Kartoqrafiya (Xəritəçəkmə), Məsafədən Zondlama, Fotoqrammetriya, DRON ölçmələri (PUA-Pilotsuz Uçuş Aparatları), Coğrafi İnformasiya Sistemləri (CİS), Hidroqrafik ölçmələr (Batimetriya / Side-Scan Sonar / təkşüalı / çoxşüalı ölçmələr), Ətraf Mühit, Geologiya və Geofizika, İT və Sistem İnteqrasiyası, Mühəndislik, Məsləhət, həmçinin müxtəlif layihələndirmə sahələri üzrə ixtisaslaşıb.
Ömər Vəzirli

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025