10 ildən çoxdur fəaliyyət göstərən hazır turizm biznesi satışa çıxarıldı - QİYMƏT

Redaktor

23.05.2025 09:50
401

10 ildən çoxdur fəaliyyət göstərən hazır turizm biznesi satışa çıxarıldı - QİYMƏT

10 ildən çoxdur fəaliyyət göstərən turizm şirkəti hazır biznes kimi 48 000 manata satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, şirkətin aylıq gəliri 500–5000 manat arasında dəyişir.

Qeyd olunur ki, mövcud bazar dəyərindən xeyli aşağı qiymətə təklif olunan şirkət hazırda aktiv qazanc mərhələsindədir və heç bir maliyyə problemi yoxdur.

Rəhbərliyin fəaliyyət istiqamətini dəyişməsi səbəbilə satışa çıxarılan turizm agentliyi, ofis daxili bütün avadanlıqları ilə birlikdə yeni sahibinə mülkiyyət kimi təhvil veriləcək. Şirkət güclü marketinq strategiyası əsasında qurulub və rəsmi fəaliyyət göstərir. Müştərilər və xidmət təminatçıları ilə əməkdaşlıq müqavilələri iki dəfə təkmilləşdirilərək yenilənib.

Peşəkar və məsuliyyətli menecerlərdən ibarət komanda tərəfindən idarə olunan şirkət daxili və xarici bazar araşdırmaları əsasında yüksək səviyyəli xidmət göstərir. İndiyə qədərki bütün müştəri əməkdaşlıqları müqavilə əsasında qurulub və hazırda da aktiv müqavilələr qüvvədədir. Şirkətin vergi, icarə və digər maliyyə borcu yoxdur.

Mövcud müştəri bazası illər ərzində qorunub saxlanılıb və hazırda belə şirkətə müraciət edən potensial müştərilərin məlumatları mövcuddur. Şirkətin sosial media hesabları, brendinqi və kontentləri tam şəkildə hazırlanıb və istifadəyə hazır vəziyyətdədir.

Maya Hüseynova 

10 ildən çoxdur fəaliyyət göstərən hazır turizm biznesi satışa çıxarıldı - QİYMƏT

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...