BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
7255

Cənubi Qafqaza nəqliyyat dəhlizinin açılması ilə bağlı müzakirələr davam edir. 10 noyabr qəbul edilən üçtərəfli bəyanatda da bununla bağlı razılaşma var idi. Bəs Cənubi Qafqaza nəqliyyat dəhlizinin çəkilməsi biz üçün hansı imkanları yaradır və nə vədlər verir.

Ümumiyyətlə iqtisadiyyatımıza necə təsir göstərə bilər?

Valyuta.Az xəbər verir ki, bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadənin sözlərinə görə bu nəqliyyat dəhlizlərinin açılması regiona yeni iqtisadi imkanların gətirilməsi deməkdir:

“Nəqliyyat hər bir regionda ümumiyyətlə hər yerdə iqtisadiyyatın inkişafında aparıcı drayver rolunu oynayır. Əgər bir ölkədə nəqliyyat kifayət qədər inkişaf etməyibsə, həmin ölkədə iqtisadi inkişaf da mümkün deyil. Bütün inkişaf etmiş ölkələrdə nəqliyyat loqistikasına baxsaq ən müasir texnologiyalar əsasında, yolların, dəmir yol xətlərinin, avtomobil yolunun bərpasını görərik”.

Ekspert illərdir regionda mövcud olan və digər ölkələrlə birləşdirən yolların hazırda dağıdıldığını, fəaliyyət göstərmədiyini bildirib:

“Bunun nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası, Ermənistanın özü də blokada da idi. Çünki sərhədlərin 80 faizi  qapalı idi. Çünki onu digər ölkələrlə, Azərbaycan və Türkiyə ilə birləşdirən yol-nəqliyyat infranstrukturası işləmirdi. Ona görə də digər ölkələrdən daxil olan mallar digər yollarla gəlib çıxırdı və bu malların qiymətində də öz əksini tapırdı. Dolayı yol ilə gələn mallar, rahat yol ilə gələnlərə nisbətən, tranzit xərcləri nəzərə alsaq görərik ki, daha baha gəlir”.

İlqar Vəlizadənin fikrincə, danışıqlar nəticəsində yol infranstrukturası açılacaq, bununla da iqtisadi imkanlar da çoxalacaqdır:

“Eyni zamanda da burada yeni iqtisadi reallıq olduğu kimi qalmalıdır. Çünki ən iri regional ölkə iqtisadiyyatı Türkiyə və AZərbaycandır. Əlbəttdəki bu yolların açılması Azərbaycanla Türkiyəni daha sıx bağlayır. Naxçıvan üzərindən Mehri dəhlizi adlanan bir yerdən gedən yol birbaşa Türkiyə ilə birləşir. İqdırdan Qarsa yeni dəmir yol xətti çəkdilər. Daha sonra İqdırdan Naxçıvanaa dəmir yol xətti çəkiləcək. Bu da Bakıdan Naxçıvan vasitəsi ilə İqdıra və Qarsa birbaşa çıxış yolu açır. Şimalda Bakı-Tblisi Qars dəhlizi var. İndi də Cənub dəhlizi açılacaq. Cənub dəhlizi daha qısa olacaq. Cənub dəhlizinin demək olar ki, 90 faizi Azərbaycan ərazisindən keçəcək. Yalnız Mehridən təxminən 45 km məsafə Ermənistan üzərindən keçəcək. Bütün dəhlizinin ümumi uzunluğu 700 km-dən çoxdur. Bu bizə böyük imkanlar yaradacaq. Bu xəttə İran da qoşula bilər. Culfadan Azərbaycanla İranı birləşdirən dəmir yol keçidi var. O fəaliyyətə başlaya bilər. Bunun nəticəsi olaraq  Azərbaycan-Türkiyə və İran bu yenilikdən bəhrələnə biləcəklər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Keçid balları qaldırılır? (VİDEO)

“Günay Sığorta” kreditorlarına müraciət edib

Buraxılış imtahanlarına asan suallar salınır?

AQTA sədri: 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb

Yenidən qurulan Qarabağdan son görüntülər (VİDEO)

7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi

Kirayə evə görə vergini kim ödəməlidir?

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Türkiyə Mərkəzi Bankının sədri ilin ikinci yarısından inflyasiyanın azalacağını vəd edib

Birjalarda yatırım edən şəxslərin ən çox etdiyi səhvlər

Avro və lirə bahalaşıb – Məzənnə

Azərbaycan neftinin qiyməti 91 dollara düşüb

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik (VİDEO)

Bakının bu ərazisində söküntü: Bina tikiləcək (VİDEO)

Əhali sayına görə Çini geridə qoydular

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarıldı (FOTO)

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin