Nəqliyyat
28.10.2024 / 17:59
Bakı-Laçın-Bakı reysi üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
58416
30 oktyabr tarixindən Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.
Bu barədə Valyuta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Dəyişikliyə səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətinin yaranmasıdır" - deyə qurumdan bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay