BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.8348
  • RUB
    0.0177
  • TRY
    0.0496
  • GBP
    2.1982
58134

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan daşıyıcıları 3-cü ölkələrdən 340 milyon manatdan çox gəlir əldə edib.

Valyuta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.

Onun sözlərinə görə, 3-cü ölkə daşımalarının sayı əhəmiyyətli dərəcədə artıb və buna səbəb AYNA-nın apardığı danışıqlar nəticəsində xüsusi defisit icazələrin kvota sayının artırılması, daşıyıcıların və onların sürücülərinin təlimlərə cəlb edilərək peşəkarlıq səriştələrinin artırılması, bunun nəticəsində xarici ölkələrdəki yük göndərənlərin milli daşıyıcılara etimadının yüksəlməsidir: "Təkcə son 3 ildə 10 min 700 nəfər beynəlxalq yükdaşıma fəaliyyəti göstərən sürücüyə və 377 nəfər məsul şəxsə peşəkarlıqla bağlı təlim keçirilib".

AYNA rəsmisi əlavə edib ki, 2021-ci ildə xarici daşıyılar Azərbaycan üzərindən 99 min 672 dəfə, yerli daşıyıcılar isə 9 643 dəfə olmaqla yük daşıyıb: "Beləliklə, cəmi 109 min 315 tranzit daşıma həyata keçirilib. 2023-cü ildə isə Azərbaycan üzərindən xarici daşıyıcılar 297 min 685 dəfə, yerli daşıyıcılar isə 36 min 454 dəfə yük daşıyıb. Nəticədə ümumilikdə 334 min 139 tranzit tranzit daşıma reallaşdırılıb. Rəqəmlərdən göründüyü kimi, son üç ildə avtomobil nəqliyyatı ilə tranzit daşımalarda 3 dəfə artım olub".

"Nəqliyyat sektorunda, o cümlədən avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində həyata keçirilən işlər bütün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişdiyi mərkəz qismində vacib rolunu və ölkəmizin tranzit potensialını daha da artırıb. Ötən ilin noyabrında Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı" isə bu prosesə xüsusi təkan verib. Ümumiyyətlə, Azərbaycanda beynəlxalq yükdaşımalar sahəsində son 3 ildə aparılan əsaslı islahatların nəticəsində ölkəmizin xarici ticarət əlaqələri daha da genişlənib, rəqabət mühiti yaxşılaşıb, daşıyıcıların fəaliyyəti sayəsində ölkəmizə valyuta axını artıb", - deyə S.Əbilov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"OpenAI" "dünyanı dəyişəcək" Al modelini təqdim etməyə hazırlaşır

Bakıda media qurumları ilə biznes mühiti müzakirə olundu (FOTO)

“Fintech” şirkəti “Finix” 75 milyon dollarlıq investisiya alıb

"A+CO" məhkəməlik oldu

Alman avtomobil nəhənginin gəlirləri Çinə görə çökdü - Rəqəmlər

"Viona Mebel"dən maddi ziyan tələb edilir

Azərbaycanda 224 milyon manatlıq elektrik enerjisi yoxa çıxıb

Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" 3000 manat cərimələnə bilər

Sabah paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Xaricdə işləyib geri qayıdan şəxslərə pensiya verilir?

Xam nefti hansı ölkələrdən və neçəyə alırıq? - Rəqəmlər

Xam nefti hansı ölkələrdən və neçəyə alırıq? - Rəqəmlər

Tuneldə ölən Elnur və Köçərinin ailəsinə hansı yardımlar düşür? - Açıqlama

Temperatur enəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Alkoqollu içkilərlə bağlı yeni qaydalar bazarda nəyi dəyişəcək? - Deputatdan açıqlama

Misli.az-da 20X-də 50 qəpiklə 50 min manat uduldu®

“Brent” neftinin qiyməti bu il 80 dollar səviyyəsində olacaq - PROQNOZ

“Bank Respublika”nın uğursuz yatırımı - “Bakı Sığorta”nın biznesi sürətlə əriyir

Rusiyada miqrantlar üçün elektron şəxsiyyət vəsiqələri hazırlanır

Agentlik sədrinin müavini işdən çıxıb - Təyinat

Nazir III "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycanlı professor dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edilib (FOTO)

"Coinbase" CEO-su milyon dollar qazanan süni intellekt botu ilə danışdı

"Coinbase" CEO-su milyon dollar qazanan süni intellekt botu ilə danışdı

ABŞ məhkəməsi lüks moda brendlərinin birləşməsini blokladı - 8.5 milyard dollarlıq anlaşma necə olacaq?

“Paşa Bank”ın problemli kreditləri ölkə üzrə orta göstəricidən 3 dəfə çoxdur

Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq

"Microsoft" "Bitcoin" alışını səsverməyə çıxaracaq

"Microsoft" "Bitcoin" alışını səsverməyə çıxaracaq

COP29 daşınmaz əmlak bazarına necə təsir edəcək? - Sədrdən açıqlama

"Apple" yeni təqdimatının vaxtını açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin