Nəqliyyat
23.10.2024 / 12:58
Nazir müavinindən "Bakıkart"la bağılı açıqlama
58033
Azərbaycanda yaxın günlərdə daha təkmil "Bakıkart" proqramı istifadəyə veriləcək.
Valyuta.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Bakıda keçirilən "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə bildirib.
O əlavə edib ki, bu proqram Bakıda ictimai nəqliyyatdan istifadənin əlçatanlığını, təmassız ödənişi təmin edəcək, avtobusların real vaxt rejimində izlənməsinə imkan verəcək:
"Azərbaycanda son dövrlərdə onlayn bilet alışı, parkinq və digər bu tipli sahələr üzrə layihələr hazırlanıb, mobil tətbiqlər istifadəyə verilib. Dayanıqlı inkişafı təmin etmək üçün nəqliyyatın bütün infrastrukturunun yenilənməsi işləri həyata keçirilir".
© BAKU.WS
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.