12.10.2024 / 10:24
Paytaxtda 9 ay ərzində baş verən qəzalar hansı səbəbdən yaşanıb? (VİDEO)
57316
Paytaxt küçələrində baş verən qəzaların statistikası açıqlanıb.
Bu barədə "Xəzər Xəbər”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirildi ki, bu ilin 9 ayında paytaxt yollarında 1500-ə yaxın qəza baş verib.
Qurum rəsmisinin sözlərinə görə, qəzaların baş verməsinin daha bir səbəbi isə nasaz avtomobillərlə yola çıxmaqdır.
Həmçinin bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 55 küçə və prospekt üzrə 53 mindən çox "yaşıl dalğa" əmri tətbiq edilib.
Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işlər davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay