BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
49874

Artıq bir neçə gündür ki, Bakıda və onun ətraf yaşayış məntəqələrində əvvəlki kimi ucuz taksi tapmaq mümkün olmur.

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, buna səbəb taksi xidməti göstərən ucuz avtomobillərin sayının azalmasıdır. Bir ay öncəyə qədər taksi xidmətində çoxlu sayda 2006-2009-cu illərdə istehsal olunan, istehsal tarixindən 15 il və daha çox müddət ötən ucuz “Prius” avtomobillərindən istifadə olunurdu. Bu avtomobillərlə ən ucuz 2,5 manata, orta hesabla isə 4-5 manata səfər etmək mümkün idi. Lakin son günlərdə taksi sifarişləri qəbul edən operator şirkətlər həmin avtomobillərin bir çoxuna informasiya xidməti göstərməkdən imtina ediblər.

Buna görə də ucuz avtomobillərlə taksi xidməti göstərən şəxslər sifariş qəbul edə bilmir. Ucuz taksiləri, əsasən, sərnişin sıxlığı az olan vaxtlarda tapmaq mümkündür. Bu vaxtlarda ekonom taksiləri seçməklə getmək istədiyiniz ünvana az pul ödəməklə çatmaq olur. Amma günün sərnişin sıxlığı yüksək olan vaxtlarında ekonom taksilər tapmaq müşkülə çevrilir.

Həmin vaxtlarda operatorlar ya sifarişləri avtomobilin sürücüsünə yönəltmir, ya da sifariş qəbul edilsə də sərnişin taksinin gəlməsini dəqiqələrlə gözləməli olur. Bəzən gözləmə müddəti 10-15 dəqiqəyə qədər uzanır ki, bu vəziyyətdə də insanlar həm xeyli vaxt itirir, həm də əsəb gərginliyi keçirir.

Mövcud vəziyyətdə operatorlar sərnişinlərə alternativ variantlar təklif edirlər. Sifariş zamanı sərnişinlərə ekonom deyil, komfort avtomobilləri seçmələri tövsiyə edilir.

Bu avtomobillərlə bir gedişin qiyməti isə ekonomlarla müqayisədə ən azı 50 faiz yüksəkdir.

Yəni ekonom taksilərlə 4-5 manata gedilməsi mümkün olan yolu, komfort taksilərlə 6-7 manata getmək mümkündür. Yaranan yeni vəziyyətdən belə anlaşılır ki, artıq taksi bazarında ekonom xidmətlər tədricən ləğv edilir, yalnız komfort xidmətlər qalıb. Bu isə o deməkdir ki, əvvəlki kimi ucuz taksi xidmətləri tədricən azalır.

Bəs ucuz taksilərin olmaması nə ilə nəticələnəcək?

2024-cü ilin iyulun 1-dən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” qüvvəyə minəcək. Yeni qaydalara əsasən, istehsal tarixindən 15 il keçən avtomobillərlə taksi xidməti göstərmək mümkün olmayacaq.

Buna görə də taksi xidməti göstərmək istəyən fiziki və ya hüquqi şəxslər ən azı 2009-cu ilin istehsalı olan avtomobillərdən istifadə etməlidir. Gələn il ən azı 2010-cu ilin, 2026-cı ildə 2011-ci ilin avtomobilləri ilə xidmət gəstərmək tələb olunacaq.

Əgər iyulun 1-dən sonra taksi xidməti üçün avtomobil idxal ediləcəksə, o halda avtomobillərin istehsal tarixindən maksimum 8 il ötməlidir. Yəni avtomobillərin istehsal tarixi ən azı 2016-cı il olmalıdır. Bu tələblər fiziki və hüquqi şəxslərdən komfort avtomobillərlə xidmət göstərməyi tələb edir. Avtomobillər komfort olduğundan təbii ki, qiymətlər də buna uyğun olmalıdır.

Başqa sözlə, iyulun 1-dən əvvəlki kimi aşağı qiymətə taksi xidməti olmayacaq. Həmin tarixdən indiki komfort taksilər ekonom taksilərin yerini tutacaq. Qiymətlərə təsir edən əsas amillərdən biri də taksi sayı olacaq.

Müvafiq qurumlar Bakıda taksi xidməti göstərən avtomobillərin sayını 20 min ədədlə məhdudlaşdırmaq istəyir. Bir ay əvvəl Bakıda 60 min avtomobilin taksi xidməti göstərdiyini nəzərə alsaq, belə aydın olur ki, bir aydan sonra paytaxtda taksi sayı ən azı 3 dəfə azalacaq. Taksi sayının azalması isə taksi xidmətlərinin bahalaşması ilə nəticələnəcək. Beləliklə, Bakıda ucuz taksi dövrü tədricən sona yaxınlaşır. Bir aydan sonra taksidən istifadə etmək şəxslər ən azı 4-5 manat ödəməklə səfər edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bakının bu küçəsində kirayə qiymətləri 6 min manata çatır

Bankın bağlanmasının müştərilərə təsiri olurmu?

Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin