BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
46701

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək.

Taksilərlə bağlı bu tələblər bunlar olacaq:

1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək
2. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin
3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər
4. Taksilərin salonunda videokameralar olmalıdır
5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır
6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

İyulun 1-dən etibarən, istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunacaq. Bu, o deməkdir ki, yaşı 15-dən yuxarı olan avtomobil sahibləri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Buna əməl etməyən sürücülər isə cərimələnəcək.

Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, taksi sürücüləri ilə bağlı cərimələr artıq tətbiq olunur: "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi xidməti sektorunda buraxılış vəsiqəsi və buraxılış kartı tətbiq edilir. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür.

Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 300 manat məbləğində cərimə sanksiyaları mövcuddur. Buraxılış vəsiqəsi olmadan taksi fəaliyyəti göstərənlərə AYNA, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlara isə həm AYNA, həm də DYP tərəfindən cərimələr tətbiq edilə bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xərcləyirik, sonra ödəyə bilmirik

"Meta" dünya miqyasında ixtisarlara hazırlaşır

"Porsche"nin çətin günləri: azalan satışlar, gəlirlər, istefalar...

Dəyişkən iş qrafiki nəyi dəyişəcək?

"UNB" - "Beynəlxalq ehtiyatlar 43,003 milyard $ təşkil edir"

İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır - Rəsmi

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - Fotolar

Əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

Analitiklərin 5 texnologiya nəhəngi haqqındakı proqnozları

Səs vasitəsilə emosiyaları tanıya bilən yeni süni intellekt modeli yaradıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

“Bakı Metropoliteni”ndə yeni təyinat

"Pinterest" tarixində ilk dəfə bu qədər gəlir əldə etdi - Hesabat

Qar yağacaq, yollar buz bağlayacaq

Elektromobillərdə şüalanma problemi

ABŞ-dən İrana yeni neft sanksiyaları

Azərbaycanda qatarların sürət həddi endirildi

Neftimizin qiyməti ucuzlaşıb

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb - FAKTİKİ HAVA

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Milli Depozit Mərkəzinin əməkdaşları üçün 50 minlik sığorta

Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb

Dünya bazarlarında neft yenidən bahalaşıb

İnvestisiya növləri və risklərin qiymətləndirilməsi - SƏHƏR OXUSU

“BS İnşaat” 1500 manat cərimələndi

Məhkəmə bu şirkət barəsindəki protokolu ləğv etdi

"Vvooden Equipments Sales" MMC hansı qaydaları pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin