BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
42715

Azərbaycanda ilk ödənişli yol olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolu 2023-cü il oktyabrın 20-də istifadəyə verildi. Bundan sonra əsas müzakirə mövzusu ödənişli yolda maksimum sürət həddi oldu. Lakin hələ də qeyd olunan magistralda hər hansı sürət həddi qoyulmayıb. Bu məsələ dəfələrlə sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi. Bəziləri sürət həddi olmadığı üçün qəzaların və ölü sayının çox olacağı fikrini irəli sürdü. Əksəriyyət də ürəyi istəyən sürətdə sürmək üçün nişan qoyulmamasının tərəfdarı oldu.

Lakin son iki həftə ərzində artıq ikinci xanım sürücü Bakı-Quba-Rusiya ödənişli yolunda yüksək sürətə görə saxlanılaraq, barələrində tədbir görülüb. Qeyd edək ki, həmin xanımlar saatda 200 kilometr civarında avtomobillərini idarə ediblər. Onların saxlanılaraq cərimələnməsi də bir müzakirə məsələsinə çevrilib. Belə ki, həmin yolda heç bir sürət həddi işarəsi qoyulmadığı halda sürücülərin niyə cərimələndiyi çoxlarına qaranlıq qalıb.

Məsələnin aydınlaşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə üz tutduq. İdarənin inspektoru polis baş leytenantı Elvin Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, nişan qoyulmasa belə avtomagistrallarda qüvvədə olan qanun ödənişli yola da aiddir:

“Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq bu istiqamətdə nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Lakin təəssüflə bildirmək istəyirəm ki, bəzi sürücülər görülən tədbirlərə məhəl qoymurlar və qanunvericiliyin tələblərinə qeyri-ciddi yanaşırlar ki, bu da xoşagəlməz halların yaşanmasına səbəb olur. Mövcud qanunvericiliyin tələblərinə əsasən avtomagistrallarda sürət həddi aşılmamalıdır. Qanunvericiliyi pozanlar barəsində qanunamüvafiq tədbir görülür.

Nəzərə almaq lazımdır ki, ani bir diqqətsizlik xoşagəlməz hallara gətirib çıxara bilər. Bu baxımdan sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına tam ciddi şəkildə riayət etsinlər”.

Xatırladaq ki, avtomagistrallarda maksimum sürət həddi 110 km/saat, minimum isə 50 km/saat-dır.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin