BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
42593

Nəqliyyat eksperti Aslan Əsədov mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativ "Yeni yol" layihəsini təklif edib.

Valyuta.az xəbər verir ki, layihənin əsas məqsədi şəhər yollarında tıxac məsələsinin həllinə dəstək olmaqdır.

Layihə müəllifi bildirib ki, Bakının təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş çıxış yollarının yaradılmasına maneə törətməkdədir. Layihə üç mərhələli olaraq Bakı șəhəri Binəqədi və Abşeron rayonu ərazilərini əhatə edir:

"1-ci mərhələdə Binəqədi rayonu 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişi nəzərdə tutulub. Bu, Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. 2-ci mərhələ üzrə küçələrin genişləndirilməsi, ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsi işləri nəzərdə tutulub. 3-cü mərhələ isə yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyini ilə bağlıdır.

İlkin mərhələdə yolun 2 gediş, 2 gəliş olmaqla, 4 zolaqlı olması, perespektivdə isə 8 zolağadək genişləndirilməsi mümkün ola bilər. Layihənin icra müddəti 3 il planlaşdırılıb".

A. Əsədov qeyd edib ki, təklif etdiyi "Yeni yol" layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan məsələlərin əhali üçün bir sıra üstünlükləri olacaq:

"Yeni yol çəkilərsə, ərazidə Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək, torpaq və yaşayış sahələrinin qiymətləri bahalaşacaq. Bundan əlavə ərazidə məşğulluq artacaq, yeni iş yerləri açılacaq, kanalizasiya, içməli su, internet və s. kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Həmçinin layihə Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını təmin edəcək, kanat, funklyor inşası ilə ərazidə şəhər turizminin inkişafı və turizmin digər elementlərini bariz göstərəcək. Yeni marşurut xətlərinin çəkilməsi həm də ərazidə sərnişindaşımanın rahatlılığına zəmin yaradacaq. Ərazidə yerləşən Biləcəri dəmiryolu stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəlişi asanlaşdıracaq".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuxuda pul qazanmaq: Uğurlu milyonçudan beş məsləhət

Noyabrda neçə gün iş olmayacaq?

Bu ölkədə aclığa görə yüzlərlə fil öldürüləcək

Çayımızın keyfiyyətini aşağı salan məqamlar

Banklar hansı hallarda zamini məhkəməyə verə bilməz? - İZAH

Bu ölkə miqrantlara gəldikləri yerə dönmələri üçün 34 min dollar ödəməyə hazırdır

Arda Gülər üçün 70 milyonluq təklif

10 mindən çox dərmanı ölkəyə qanunsuz gətirməyə cəhd

Azərbaycanda ev telefonları "YOXA ÇIXIR"

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Nurlana Cəfərovaya vəzifə verildi

Dollara tələbat artır - Manat ucuzlaşacaq?

Neft qiymətləri dəyişməyəcək, manatın məzənnəsi isə... - İqtisadçıdan proqnoz

Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

COP 29-a görə bu günlərdə iş olmayacaq

COP 29-a görə bu günlərdə iş olmayacaq

Azərbaycanlılar ölkəyə pul göndərə bilmir (SƏBƏB)

Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Elnur Məmmədliyə yeni vəzifə verildi

Azərbaycanda hansı bank 5 dəqiqəyə 50 min kredit verir?

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu (FOTO)

Neftimiz cüzi ucuzlaşıb

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin