
Nəqliyyat
20.09.2023 / 16:58
"Silk Way" aviaşirkəti cərimələnir
"Silk Way Aviaşirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xətalar məcəlləsinin pozulmasına görə protocol tərtib edilib və iş məhkəməyə göndərilib.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətlar Məcəlləsinin 499.1.2 maddəsi ilə malların 15 gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə tərtib edilib.
Bu maddəyə əsasən, fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir.
İşə Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə baxılacaq.
Vüqar
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay