BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32854

Bu gündən etibarən ölkəmizdə yeni tədris ili başlayıb. Hazırda tıxac problemi əsas problemlərdən birinə çevrilib. İstər avtobus və metrodan istifadə edən insanlar, istərsə də öz şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkiblər. Bu tıxac və sıxlıq daha çox Bakı və Abşeronda müşahidə olunur. Ümumiyyətlə, tıxacların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, tədris ilinin ilk günündə sıxlıq olması qaçılmazdır.

"Bunun əsas səbəblərindən biri odur ki, uşaq ilk gün məktəbə gedəndə onu bir yox, bir neçə qohumu aparır. Onların da çoxunun avtomobili olur. Bu da tıxacların yaranmasına səbəb olur. Tıxac böyük şəhərlərdə olan bir elementdir. Onun aradan qaldırılması və alternativlərin formalaşdırılması yönündə görüləsi işlər vacibdir. Bunu da mərhələlərə bölmək olar.

Tıxac problemini yaxın, orta və uzaq hədəfli proqramlarla həll etmək olar. Yetər ki, investisiya ayrılsın və bu yöndə işlər görülsün. İlkin mərhələ mövcud olan ictimai nəqliyyat növlərinin üstünlüyünün təmin edilməsi, növbəti mərhələdə onların çeşidinin artırılması və rahat keçidin təmin olunmasıdır. Bunlara əməl olunsa, tıxacla bağlı problem kökündən dəyişə bilər. Əgər birinci sadaladıqlarımızın vəziyyəti yaxşı deyilsə, insanlar təbii olaraq şəxsi nəqliyyata üz tutacaq", - o bildirib.

Ekspert qeyd edib ki, şəxsi nəqliyyatın çoxalmasının səbəblərində biri də pandemiya oldu:

"Həmin dönəmdə daha çox məsafəli olmaq kimi səbəblər vardı. İndi isə postpandemiya dövrüdür. Avtobusda daha çox insanın getməsi normaldır. Marşrutlar arasında intervalların çox olması anormaldır. Bunun da obyektiv səbəbi odur ki, avtobuslara ayrılmış zolaqlar yoxdur. Bu zolaq yoxdursa, avtobus bütün halqanı pozur və planda tutulmuş interval üzrə hərəkət etməsi mümkün olmur. Bu da yekunda ümumi narazılığa gətirib çıxarır. Belə olduqda insanlar ictimai deyil, şəxi nəqliyyata üstünlük verirlər. İlkin mərhələdə biz bunları düzəltməliyik".

O bildirib ki, qısaməsafəli mobillik üçün şəraiti təxirə salınmadan təftiş edib, sonradan olan baryerləri aradan qaldırmaq lazımdır.

"Piyadanın hərəkətinə mane olan obyektlər sökülməlidir. Bu da bir qisim insanın piyada hərəkət etməsinə gətirib çıxaracaq.Velozolaqların təşkili üçün də çox iş görülməlidir. İnsanlar yaxın məsafələrdə velosiped və skuterlə hərəkət edə bilməlidir. Belə zolaqlar olsa da, bir pərakəndəlik hökm sürür. Bunu nizama salmaqla, bu istiqamətdə olan narazlığı aradan qaldırmaq olar.

İlkin mərhələdə bulvar boyu təşkil olunsa, Bayıldan Bayraq Meydanını keçməklə Yusif Səfərov küçəsinə qədər olan böyük bir sərnişin axını üçün ciddi alternativ rolu oynamış olacaq. Bu istiqamətdə böyük sıxlıq olur. Üzü "Azneft"ə doğru nəzər salsaq və bunu da inteqrasiya etsək, funikulyorla və iş saatını dəyişsək, həmin tərəfdə işləyənlər üçün alternativ yol olar. Paralel olaraq icra olunan islahatlar var. Bu, parkinq sistemi, taksi islahatıdır. Bütün bunlar keyfiyyətin yüksəldilməsinə təkan olacaq. Sürətə görə də cərimələr artırılıb. Lakin küçələrin sakitləşdirilməsi yönündə anticiblər, təhlükəsizlik adacıqları, qabarıq ciblər ilkin mərhələdə daha tez həll ounan məsələlərdir", - deyə ekspert qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin